- ELANLAR -
12444 Arxiv
Doktoranturaya qəbul
2016.11.28 09:33

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

 Azərbaycan Dövlət Dəniz Akademiyası

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 601s sərəncamına müvafiq olaraq:

 

I . Elmlər  doktoru hazırlığı üzrə dissertanturaya aşağıdakı ixtisaslara qəbul elan edir :

  1. 03 – “Gəmiqayırma və  gəmi təmiri texnologiyası”  -   1 yer     (odənişli )   

 

  1. 2.    02 -  “Gəmiçilik və su nəqliyyatının istismarı” -   1 yer     (odənişli )    

 

  1. Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya aşağıdakı ixtisaslara

     qəbul elan edir:

1.

3319.03

-“Gəmiqayırma və  gəmi təmiri texnologiyası” 

 

 

 

  doktoranturaya -  2 yer         (1 yer – ödənişli əsaslarla) 

 

 

  dissertanturaya - 1 yer

 

2.

3319.01

– “Gəmiçilik texnikası” 

 

 

 

  doktoranturaya -1 yer               

 

 

  dissertanturaya -1 yer

 

3.

3319.02 - 

-“Gəmiçilik və su nəqliyyatının istismarı”

 

 

 

  doktoranturaya -1 yer

 

     Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu 01 iyul tarixli, 129 nömrıli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları ” na uyğun olaraq həyata keçirilir.

1.Doktorantura  və dissertanturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan)  Azərbaycan  Respublikasının vətəndaşları qəbul edilirlər.

 

    2.Doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdaki sənədlər təqdim edilir:

-ərizə (Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorunun adına);

-kadrların şəxsi-qeydiyyat vərəqi;

-tərcümeyi-hal;

-3 ədəd fotoşəkil (3 4sm ölçüdə)

-iş yerindən xasiyyətnamə(işləyənlər üçün);

-iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

-çap olunmuş elmi işlərin siyahısı (forma 2.4) və ya seçilmiş ixtisas üzrə referat;

-ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq (notarial) qaydada təsdiq edilmiş 

           surəti(xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası və xarici ölkə vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

-şəxsiyyəti təsdiq edən sənədin surəti

 

Doktoranturaya fəlsəfə doktoru proqramı üzrə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Dissertanturaya  qəbul olunmaq istəyənlərlə müsabiqə keçirilir.

Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda,elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi (alimlik) dərəcəsi olan və buna uyğun diplomun müvafiq (notarial) qaydada təsdiq edilmiş  surətini təqdim edən Azərbaycan  Respublikasının vətəndaşları qəbul olunur.Həmin şəxslərlə müsahibə keçirilir.

Sənədlər   28 dekabr 2016-ci il tarixədək Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 18 ünvanında yerləşən Azərbaycan Dövlət Dəniz Akademiyasının əsas binasında (207-ci  otaqda) qəbul olunur.

Tel.:(012) 493-36-44 (113) , (012) 493-63-07

REKTORLUQ