Təkrar ali təhsil İyl 04, 2017 | 04:17

 

 

“AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ”       QAPALI SƏHMDAR CƏMİYYƏTİ

AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI

 

2017/2018-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:

 

·        050620 – Dəniz naviqasiyası mühəndisliyi

·        050619 – Gəmi energetik qurğularının istismarı mühəndisliyi

·        050626 – Elektrik mühəndisliyi

·        050618 – Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

 

Təkrar ali təhsilə sənədlərin qəbulu Akademiyanın əsas binasında həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri rəsmi və ya elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar.

Sənədlərin qəbulu 2017-ci il iyul ayının 5-dən avqust ayının 1-dək aparılacaq.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri rəsmi və ya elektron formada təqdim etməlidirlər:

  • Rektorun adına ərizə;
  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
  • İş yerindən arayış (işlədiyi halda);
  • 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;
  • Şəxsiyyət vəsiqəsinin surəti.

 

      QEYD:   

     1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları                                                                                                             mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra Akademiyada təkrar ali təhsil ala bilərlər.

         Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə  təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq, ilkin baza təhsil proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olması şərtilə təkrar ali təhsil ala bilərlər.

 

Ünvan: AZ1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Zərifə Əliyeva küç. 18

Tel.: (+99412) 493-36-44, Faks: (+99412) 493-75-21

E-mail:  akademiya@acsc.az ; ramis.mammadov@acsc.az