Azərbaycan Dövlət Dəniz Akademiyasına bakalavr səviyyəsinə qəbul olunmuş abituriyentlərin nəzərinə Avg 14, 2017 | 09:17

Akademiyaya  qəbul  olunmuş  hər bir abituriyent  15  – 25 avqust 2017-ci il tarixlərində  (şənbə, bazar günləri istisna olmaqla hər gün saat 900-dan 1700-dək) aşağıda qeyd olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidir:

 

    1. Tam orta təhsil haqqında sənəd  (attestat  -  əsli və surəti).

  1. Şəxsiyyət vəsiqəsi (əsli və surəti)
  2. 6 ədəd rəngli fotoşəkil (3x4)
  3. Çagırış məntəqəsinə təhkim olunma haqqında sənəd (əsli və surəti)
  4. Sağlamlıq haqqında arayış (forma 086)
  5. 6. Tərcümeyi-hal
  6. İş nömrəsi və şifri

 Ödənişli əsaslarla qəbul olunmuş abituriyentlər  I kursun təhsil haqqını tam ödəməlidirlər.  Ödəmə  Azərbaycan Beynəlxalq  Bankın  filiallarında   saat  930 dan  1700-dək  qəbul  olunur.

  

Rektorluq