"Uzaq Səfərlərdə" filminin nümayişi Noy 08, 2017 | 01:47

Hörmətli həmkarlar,

 

 "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin istehsalı olan və xarici sularda üzən donanmamızın fəaliyyətinə həsr olunan "Uzaq Səfərlərdə" filmi bu axşam saat 20.00-da  Azərbaycan Dövlət Televiziyasının  "Xəbərlər" proqramından dərhal sonra yayımda olacaq.   Filmdə Gəmiçiliyin bu istiqamətdə fəaliyyəti ilə yanaşı,  üçrəngli bayrağımızı xarici sulardakı gəmilərimizdə qürurla dalğalandıran dənizçilərimizin fədakarlığından  ətraflı bəhs edilir. 

 Dənizçilərimizin ən gözəl xəbərlərini çatdırmaq arzusu ilə sizi bir daha filmi izləməyə dəvət edirik.