- ELANLAR -
16573 Arxiv
Hörmətli həmkarlar! 03 - 04 may 2018-ci il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş XIII Beynəlxalq elmi-texniki konfrans keçiriləcəkdir. Professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqatçılar konfransın işində iştirak etməyə dəvət olunurlar.
2018.01.10 13:42

“SU NƏQLİYYATININ PROBLEMLƏRİ”                 

Konfransın məqsədi elmi-texniki məlumatların mübadiləsi və beynəlxalq əlaqələrin genişləndirilməsindən ibarətdir. 

KONFRANSDA  İŞTİRAK:              

Ötən il geniş miqyasda təşkil olunan bu beynəlxalq konfransda respublikamızın 11 ali təhsil və elm ocağı ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Latviya, Polşa, Qazaxıstandan olan alimlər və bir çox aparıcı mütəxəssislər iştirak ediblər.  

KONFRANSIN  İŞİ  AŞAĞIDAKI  BÖLMƏLƏR  ÜZRƏ  KEÇİRİLƏCƏK:

  • Gəmiqayırma və gəmi təmiri texnologiyası
  • Gəmiçilik və su nəqliyyatının istismarı
  • Gəmiçilik texnikası
  • Gəmiçilikdə təbiət elmlərinin problemləri
  • Gəmiçilikdə humanitar və dilçilik problemləri 

KONFRANSIN MATERİALLARI

Təşkilat komitəsinin qərarı ilə ən yaxşı məruzə materiallarının “ADDA-nın Elmi əsərləri” məcmuəsində ödənişsiz çap olunması nəzərdə tutulur. Digər məruzələr XIII Beynəlxalq elmi-texniki konfransın toplusunda dərc olunacaqdır. Konfransın proqramı və əlavə məlumatlar Sizə təqdim olunacaqdır.

Konfransda iştirak etmək istəyənlər məruzə materiallarını 16 mart 2018-ci il tarixinə kimi təşkilat komitəsinə təqdim edə bilərlər. Konfransda həm əyani, həm də qiyabi iştirak etmək mümkündür.

Xarici ölkə alimlərinin nəzərinə!

Əyani iştirak etmək istəyənlərdən təşkilat komitəsini məlumatlandırmaları xahiş olunur. 

MƏQALƏLƏRİN  ÇAPA  TƏQDİM  OLUNMASINA  DAİR  TƏLƏBLƏR: 

  1. Əlyazma A4(210x297mm) formatlı, yuxarı və aşağıdan 25 mm, soldan və sağdan 20 mm boş yer saxlamaqla çap olunur. Əlyazmanın həcmi 6-8 səhifədən çox olmamalıdır.
  2. Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar göstərilməlidir.
  3. Məqalə üç dildə - azərbaycan, rus və ingilis dillərində çap oluna bilər. Məqalədə xülasə 3 dildə və 100-150 söz aralığında

verilməlidir. Məqalənin müxtəlif dillərdə olan xülasələrinin mətnləri eyni olmalı və məqalənin məzmununa uyğun olmalıdır. Açar sözlər üç dildə - azərbaycan, rus və ingilis dillərində verilməlidir. Müəllifin adı, soyadı, atasının adı və məqalənin adı ingilis dilində də təqdim olunmalıdır.

  1. Məqalənin mətnləri azərbaycan dilində - latın, rus dilində - kiril, ingilis dilində - ingilis əlifbası ilə Times New Roman versiyasında 12 şrift ilə, bir intervalla yığılmalıdır.

5. Məqalənin nəticələrində elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq işin elmi yeniliyi, tədbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və əsas alınan nəticələr aydın şəkildə verilməlidir.

  1. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcılıqla verilməlidir. Onlara istinad [1] və ya [1,s. 119] kimi işarə olunmalıdır. Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və s. istinadlara üstünlük verilməlidir.
  2. Məqalənin sonunda məqaləni çapa tövsiyə edən müəssisənin elmi şurasının müvafiq iclas protokolunun nömrəsi və uyğun tarixi qeyd olunmalıdır.
  3. Əlyazmada aşağıdakı ardıcıllıq gözlənməlidir:
  • UOT indeks (qalın, 11 ölçü, böyük hərflərlə getməlidir, məqalənin yuxarısında, sol hissədə abzasdan yerləşsin);
  • Məqalənin adı (qalın, 12 olçü, böyük hərflərlə getməlidir, UOT indekslə məqalənin adı arasında iki interval buraxılmalıdır);
  • Müəllif(lər)in soyadı və inisialları (qalın, 12 olçü, kiçik hərflərlə getməlidir, məqalənin adı ilə müəllif(lər)in soyadı və inisialları arasında bir interval buraxmalıdır);
  • Təşkilatın adı, ünvanı, E-mail (12 olçü, kursiv, kiçik hərflərlə getməlidir, müəllif(lər)in soyadı   və inisialları ilə təşkilatın adı, ünvanı, E-mail arasında bir interval buraxmalıdır);
  • Xülasə
  • Abstract
  • Аннотация
  • Açar sözlər
  • Key words
  • Ключевые слова
  • Giriş
  • Məsələnin qoyuluşu
  • Alınmış nəticələrin analizi
  • Nəticə
  • İstifadə olunmuş ədəbiyyat
  1. Əlyazmalar 2 nüsxədə və elektron versiyada təqdim olunur.

 «Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Əsərləri» məcmuəsi İSSN indeksi altında təsdiqlənib və AAK-ın dövri elmi nəşrlər siyahısına daxildir.

 TƏŞKİLAT KOMİTƏSİNİN    ÜNVANI:

Ünvan: AZ1000, Bakı şəh., Z.Əliyeva küç.18, ADDA;

E-mail: science-asma@rambler.ru

Faks:(0994-12)493-75-21

Tel.:(012)493-75-21,493-36-44 (113).