- ELANLAR -
16048 Arxiv
Hörmətli tələbələr! 5 aprel 2018-ci il tarixində Ümummilli  Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “DƏNİZ  NƏQLİYYATININ  İNKİŞAF PERSPEKTİVLƏRİ” tələbə, magistrant və gənc tədqiqatçıların ənənəvi elmi-texniki konfransı keçiriləcəkdir. Professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqatçılar konfransın işində iştirak etməyə dəvət olunurlar.
2018.01.22 14:29

Konfransın işi aşağıdakı bölmələr üzrə keçiriləcək:

  • Gəmiqayırma və gəmi təmiri
  • Dəniz naviqasiyası və daşımalar
  • Gəmi energetik qurğuları
  • Gəmilərin elektrik avadanlıqları və avtomatikası
  • Tətbiqi mexanika və riyaziyyat
  • Su nəqliyyatının humanitar və dilçilik məsələləri

İştirakçılar 10 mart tarixinə qədər elmi məruzələri (iştirakçının soyadı, adı və elmi rəhbərini göstərməklə) ADDA-nın  TEC sədri  İ.A.Xankişiyevə təqdim etməlidirlər.

Ən yaxşı məruzələr müvafiq  Respublika Konfranslarına tövsiyə olunacaq.

Nümunəvi çıxışları ilə fərqlənənlər ADDA-nın fəxri diplomları ilə təltif olunacaqlar.

Ətraflı məlumat üçün:  Elmi-tədqiqat şöbəsi.