Ana səhifəElmi-tədqiqat fəaliyyəti

 

Elmi – tədqiqat fəaliyyəti

 

 

Azərbaycan Dövlət Dəniz Akademiyasının elmi potensialı 5 kafedra üzrə ümumilikdə 154 nəfər təşkil edir. Bunlardan 50 nəfər elmi dərəcəli, 10 elmlər doktoru, 40 elmlər namizədidir.

Akademiyanın doktorantlarının və profesor-müəllim heyətinin elmi əsərləri Sankt-Pterburq, Kiyev, Sevostopol, Latviya, Estoniya, Polşa şəhərlərinin Ali dənizçilik məktəblərinin elmi jurnallarında nəşr olunub.

Akademiyada «Su nəqliyyatının problemləri» istiqamətində elmi-tədqiqat işinin yerinə yetirilməsinə,    elmi-pedaqoji kadrların doktorantura və dissertantura yolu ilə hazırlanmasına, ölkədaxili və xarici ölkə ali məktəbləri ilə elmi mübadilələrin aparılmasına, elmi konfransların, simpoziumların və seminarların keçirilməsinə, tələbələrin elmi təqiqat işlərinə cəlb edilməsinə, elmi monoqrafiya və əsərlərin dərc edilməsinə xüsusi fikir verilir.

Elmi-tədqiqat  işləri

      Təsdiq edilmiş elmi-tədqiqat planına uyğun olaraq  kafedraları elmi işləri АMEА-nın Elmi İnnovasiyalar Mərkəzinə  təqdim edilərək AMEA-nın Dövlət fondunda qeydiyyata alınır. Elmi-tədqiqat işlərinin informasiya vərəqləri AMEA-nın Elmi İnnovasiyalar  Mərkəzində təsdiq olunur. Həmçinin 2015 -ci ildə  Аkademiyada yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında informasiya xarakterli hesabatların AR Dövlət standartının Elmi-tədqiqat hesabatların tərtib olunma qaydalarına (AzS641-2012) əsasən tərtib edilərək, АMEА-nın Elmi İnnovasiya Mərkəzinə e-imzayla təqdim edilmişdir. Alimlərimizin elmi işlərindən əldə olunmuş mühim elmi nəticələr AMEA-nın Rəyasət heyətinin illik  hesabatında öz əksini tapmışdır:

 (AMEA-nın Rəyasət heyətinin illik  hesabatından)15 aprel 2015-ci il, qərar 9/5

1. Bərpa olunmuş səthin mikrobərkliyinin yüksəldilməsi və iqtisadi  səmərəliliyin əldə edilməsi.

      İcraçılar: t.e.d, prof.  Zahid Şərifov, Çingiz Əliyev. Bakı 2015, Hesabat səh. 20

2.Müasir dövrdə qloballaşmanın mahiyyəti, perspektivləri, sosial-siyasi, hüquqi və fəlsəfi aspektləri .

    İcraçı: f.ü.f.d., dos. İlqar Abdullayev. Bakı 2015, Hesabat,  səh. 80

3.Qloballaşma şəraitində Dəniz nəqliyyatı siyasətinin aparılmasının Avropa İttifaqının tələblərinə uyğun, Azərbaycan Respublikasının dəniz nəqliyyatının inkişaf istiqamətləri, mahiyyəti , perspektivləri və Vahid Beynəlxalq nəqliyyat İnfrastrukturunun yaradılması.

İcraçılar:  b/m Asif Orucov, ass. Təbriz Yadigarov. Bakı 2015, Hesabat,  səh. 79.

 

 

 

MÖVZULAR:

  • Gəmi daxiliyanma mühərrikləri silindr oymaqlarının hazırlanması və bərpa texnologiyalarının təkmilləşdirilməsi
  • Silindir gilizlərinin xarici səthinə məsaməli örtük çəkməklə dizel mühərriklərinin uzunömürlüyünün artırılması
  • Dəniz donanması gəmilərinin Xəzər dənizinin ekosisteminə təsirinin tədqiqi
  • Xəzərdə ixtisaslaşmış konteyner daşıyan gəminin istismar perspektivləri və effektivliyinin tədqiqi
  • Gəmi buxar qazanı qurğusunda suyun səviyyəsinin tənzim olunması prosesinin səmərəliliyinin yüksəldilməsi
  • Gəmi elektrik avadanlığının texniki və iqtisadi göstəricilərinin yüksəldilməsi
  • Gəmiçilikdə bəzi problemlərinin həlli üçün qaz-maye mühit mexanika üsullarının tətbiqi
  • Gəmilərin gövdəsində və gəmi propellerin ətrafında kavitasiya boşluqların dinamikası
  • Müəyyən istiqamətdə yönlənmiş Mn6Ga0.4Sb evtetik ərintisinin alınması və onun elektrik hərəkət qüvvəsinin, istilik keçiriciliyinin, termik genişlənmə əmsalarının öyrənilməsi
  • Qlobal proseslərin milli cəmiyyətə təsiri: siyasi və iqtisadi, hüquqi və fəlsəfi gerçəkliklər və problemlər

 

   Akademiya alimlərinin fəallığı

  • Elmlər doktoru və elmlər üzrə fəlsəfə doktoru işlərinin müdafiəsində Akademiyanın aparıcı müəssisə kimi təyin olunması
  • Alimlərimizin Müdafiə Şuralarında üzv kimi iştirakı
  • Doktorantlara rəhbərlik
  • Opponentlik və müxtəlif səviyyədə rəyçi kimi
  • AAK-ın ekspert şurasının üzvü kimi
  • Müdafiyə suralarının sədri kimi

  Elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində  tədbiqi

“Maşın və mexanizmlərin təmir texnologiyası” fənninin mühazirələrində; “Meteorologiya” fənnində; “Gəmi köməkçi mexanizmləri” fənnində; «Daşımaların təşkili və menecmenti» Bakı, 2015-ci il dərsliyində; Əhaliyə nəqliyyat xidmətlərinin təşkili. Bakı 2014-cü il dərsliyində; «Tədbiqi riyaziyyat» Bakı – 2015-ci il dərs vəsaitində; İctimai fənlərin, xüsusilə iqtisadiyyat, hüqüq  və fəlsəfə fənlərinin tədrisində elmi-nəzəri nəticə kimi tətbiqi tövsiyyə olunmuşdur; Gəmilərdə texniki vasitələrin diaqnostikası.