- TƏLƏBƏ HƏMKARLAR İTTIFAQI KOMITƏSI -

text-align: center;

ADDA TƏLƏBƏ HƏMKARLAR İTTİFAQI KOMİTƏSİ

 

 

 

     Əzizov Turqut

    ADDA-nın THİK-nin sədri

  

         ÜMUMİ MƏLUMAT

 

          Sədr: Əzizov Turqut

         Sədr müavini: Sadıqov Ələddin

        Sədr müavini: Mirzəzadə Heydər

   ADDA-nın THİK-nin strukturu:

Fakültə sədr və müavinləri:

 I. ”Gəmi mexanikası və elektromexanikası” fakültəsi üzrə

1) Cəfərov Vaqif                          197A           fakültə sədri

2) Filmanov Ehtiram                 367A1      fakültə sədr müavini

3) Behbudaliyev Seymur          367A2      fakültə sədr müavini

 II. ”Gəmi sürücülüyü” fakültəsi üzrə

1) Məmmədquliyev Zəfər         186A2     fakültə sədri 

2) Vəliyev Arzuman                    188A2     fakültə sədr müavini

3) Ələkbərli Əsgər                       207A1     fakültə sədr müavini

 ADDA-nın THİK-nin idarə heyyəti:

  1. Əzizov Turqut
  2. Sadıqov Ələddin
  3. Mirzəzadə Heydər
  4. Yusifov Tunar
  5. Cəfərov Vaqif
  6. Məmmədquliyev Zəfər
  7. Məstiyev Gürşad
  8. Ağayev Murad
  9. Fərziyev Fərid

 

 

Layihə işləri üzrə departamentin sədri:                         Ağayev Murad - “Gəmi sürücülüyü fakültəsi”nin  207A1 qrup tələbəsi

                                                                        Sədr müavinləri: Kazımov Hüseyn  188A1 qrup tələbəsi

                                                                                                              Hüseynov Aqil       207R qrup tələbəsi 

 Lahiyə işləri üzrə departament hər növ tədbirlərin, yarışların lahiyələndirilməsi işinə baxır.

 İdman Cəmiyyətinin sədri- Fərziyev Fərid  “Gəmi mexanikası və elektromexanikası fakültəsi”nin 366A1 qrup tələbəsi 

 Sədr müavinləri:  Qurbanov Arif  368A3 qrup tələbəsi 

                                      Əlizadə Cabbar  368A1 qrup tələbəsi  
 

İdman cəmiyyəti – Akademiya daxilində idman növləri üzrə yarışların təşkili ilə məşğuldur.

 Elmi işlər üzrə sədr :  Məstiyev Gürşad - “Gəmi sürücülüyü fakültəsi”nin 187A qrup tələbəsi 

        Sədr müavinləri:   Məmmədzadə Cabbar  199 İ qrup tələbəsi

                                                            Abbasov Famil    198A1 qrup tələbəsi 

Elmi işlər üzrə departament elmi tədbirlərin keçirilməsini,bilik yarışlarının təşkil olunmasını təmin edir. 

  

ALİ VƏ ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ QRUP HƏMKARLAR İTTİFAQI TƏŞKİLATLARI BARƏDƏ

ƏSASNAMƏ 

Respublika Komitəsinin “18” iyun 2004-cü il tarixli Plenumumunda təsdiq edilmişdir.

  1. Həmkarlar ittifaqı qrupunun təşkili barədə
  2. 1. Həmkarlar ittifaqı qrupu həmkarlar ittifaqı komitəsinin qərarı ilə eyni tədris müəssisəsində (qrupunda, bölməsində, şöbəsində) təhsil alan və 7 nəfərdən az olmayan üzvləri birləşdirən qruplarda yaradılır.
  3. 2. Həmkarlar ittifaqı qrup təşkilatçısı (bundan sonra “təşkilatçı” qrupun ümumi iclasında açıq səsvermə yolu ilə 2 il müddətinə seçilir. Real vəziyyəti, fakültə və universitet (institut) komitəsinin təkliflərinə əsasən qrup təşkilatçısına kömək məqsədi ilə ona müavin, digər komissiyalar (tədris işləri üzrə, əməyin mühafizəsi və təhkükəsizlik qaydaları üzrə, idman işləri üzrə və s.) seçilə bilər.
  4. Qrup təşkilatçısının işinin məzmunu barədə
  5. Qrup təşkilatçısı seçilmiş həmkarlar ittifaqı fəalları ilə birlikdə qrupun digər tələbələrini (şagirdlərini) təhsil müəsssisəsində həyata keçirilən bütün ictimai işlərə yaxından cəlb edir.
  6. Qrup təşkilatçısı təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris intizamının möhkəmləndirilməsi, istifadəyə verilmiş əmlakın qorunması və ondan səmərəli istifadə edilməsinə fikir verir.
  7. 5. Biliklərə dərindən yiyələnmək, elmi-texniki tərəqqi sahəsində uğurlar əldə etmək məqsədilə qrup, fakültə, universitet komitəsinin qərarı və razılığı ilə qruplar arasında müsabiqələrin, yarışların təşkilinə nail olur, qaliblərin mükafatlandırılmasını təşkil edir.
  8. 6. Təşkilati işlərə fikir verir, “ən yaxşı həmkarlar ittifaqı qrupu”, “ən yaxşı komissiya” adı altında müsabiqələrin keçirilməsinə nail olur.
  9. Qrup, fakültə və universitet fəalları ilə birlikdə, tədris intizamına ciddi əməl edilməsinə nəzarət məqsədilə reydlər aparır, nəticələri müvafiq həmkarlar ittifaqı və fakültə dekanları ilə birlikdə müzakirə edir, lazımi qərarların qəbul edilməsinə səy göstərir. 8. Təhsildə fərqlənənlərin rəğbətləndirilməsinə nail olur, tələbələrə veriləcək aylıq təqaüdlərin vaxtında və düzgün verilməsinə nəzarət edir.
  10. Qrup təşkilatçısı yuxarı həmkarlar ittifaqları orqanları ilə əlaqə saxlayaraq, tələbə və şagirdlərin təhküksizlik qaydaları ilə yaxından tanış olmalarını və bu qaydalara ciddi əməl etmələrini təşkil edir, onların hər il tibbi müayinədən keçmələrinə nail olur, onların zədələnmələri, şikəst olmalarının qarşısını almaq üçün təsirli tədbirlər görür.
  11. Tədris müəssisəsinin tibb məntəqəsi ilə əlaqə saxlayır, səhhəti zəif olan tələbə və şagirdləri müayinə edir, müvafiq həmkarlar ittifaqı təşkilatı ilə əlaqə saxlayaraq onların səhhətlərinin bərpa olunması məqsədilə güzəştli sanatoriya və kurort yollayışları ayrılmasına nail olur.
  12. 11. Müəssisənin inzibati-təsərrüfat işləri üzrə məsul şəxsləri ilə əlaqə yaradır, yataqxanaya ehtiyacı olan tələbələrin yerlə təmin olunması, ittifaq üzvlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müntəzəm tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.
  13. 12. Təhsil müəssisəsində fəaliyyət göstərən klublar, bəsit özfəaliyyət dərnəkləri və qrupları ilə birlikdə tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsinə, onların mədəni səviyyələrinin yüksəldilməsinə xidmət edən tədbirlərin təşkil edilməsinə nail olur.
  14. Tələbə gənclərin idmana cəlb edilməsinə, onların fiziki tərbiyələrinin möhkəmləndirilməsinə şərait yaradan bölmələrin işini gücləndirmək, tələbə gənclərdə hərbi-vətənpərvərlik duyğularını artırmaq məqsədilə maraqlı idman yarışlarının, spartakiadalarının keçirilməsi üçün səylərini birləşdirir.
  15. 14. Qrup təşkilatçısı digər fəallarla birlikdə tələbələrə xidmət edən obyektlərin (kitabaxana, yeməkxana, bufet, tibb məntəqəsi, tələbə şəhərciyi, klub, yataqxana, idman qurğuları, sanatoriya, kompyuter zalları) işinə nəzarət edir, təklif və iradlarını yuxarı həmkarlar ittifaqı orqanlarına təqdim edir, görülən işlər, qəbul edilən qərarlar barədə qrup üzvlərinə mütəmadi məlumat verir.
  16. Qrup təşkilatçısı müntəzəm olaraq həmkarlar ittifaqının yaranması, məqsədi, vəzifəsi, keçdiyi tarixi yol, struktur, fəaliyyətin digər sahələri barədə sıravi ittifaq üzvlərinə məlumat verməklə, onları təlimatlandırır, ixtisaslarının artırılması barədə tədbirlər görür, sıralarının möhkəmlənməsi qayğısına qalır. Niamnamə tələblərinə cidi əməl etmələrini daim diqqət mərkəzində saxlayır.
  17. 16. Qrup təşkilatçısı təhsil müəssisəsinə təzə gələn tələbələrin (şagirdlərin) ittifaqa cəlb ediləsi, aylıq üzvlük haqqının ödənilməsi qeydiyyat sənədlərinin təlimata uyğun tərtibinə nəzarət edir və bu işlərdə yuxarı həmkarlar ittifaqı orqanları qarşısında məsuliyyət daşıyır.
  18. 17. Qrup təşkilatçısı ayda bir dəfədən az olmayaraq qrupun iclasını çağırır, görülən və görüləcək işlər, qəbul edilmiş qərarlar, onların icra mexanizmləri barədə ittifaq üzvlərinə ətraflı məlumat verir, qrup təşkilatçısısnın imkanı xaricində olan məsələlərin həlli barədə fakültə, universitet komitəsinə məlumat verir.
  19. Nizamnamə çərçivəsində fəaliyyət göstərir, Nizamnamə tələblərini pozan ittifaq üzvləri barədə müvafiq qərarlar qəbul edir, bu barədə yuxarı həmkarlar ittifaqı orqanlarına məlumat verir.
  20. Qrup təşkilatçısının iş qaydası
  21. Qrup təşkilatçısı öz işini ATİAHİ Nizamnaməsini, “Həmkarlar ittifaqları haqqında” Qanun, öz iş planı, müvafiq təlimatlar, yuxarı həmkarlar ittifaqı orqanlarının qərar və tövsiyyələri əsasında qurur.
  22. Qrup təşkilatçısı öz fəaliyyətində sərbəstdir, tədris müəssisəsinin vəzifəli şəxslərinə (kafedra müdiri, dekan, prorektor, rektor) tabe deyildir, hesabatı yalnız onu seçən qrup və yuxarı həmkarlar ittifaqı orqanları qarşısında verir.
  23. 21. Qrup təşkilatçısı və ayrı-ayrı fəallar yaxşı işlərinə görə yuxarı həmkarlar ittifaqı orqanları tərəfindən rəğbətləndirilə bilər.

HƏMKARLAR İTTİFAQI KOMİTƏLƏSİNİN FƏALİYYƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

Həmkarlar ittifaqı komitəsinin fəaliyyətinin əsas istiqamətləri əsasən onun qarşısında duran aşağıdakı vəzifələrdən ibarətdir: - Təhsil sahəsində oxuyan və işləyən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi; - İşəgötürənlə əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin mənafelərini təmsil etməsi, kollektiv danışıqların aparılması, kollektiv müqavilələrin, sazişlərin bağlanılması və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi; - İttifaq üzvlərinin, onların ailə üzvlərinin sağlamlığına qayğı göstərilməsi, onların pensiya təminatının, sanatoriya, kurort müalicəsinin və istirahətlərinin təşkil edilməsi, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi; - Əməyin mühafizəsinə, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılmasına, üzvlərinin sağlam və təhlükəsiz iş səraiti ilə təmin edilməsinə ictimai nəzarətin təşkil edilməsi; - Həmkarlar ittifaqı fəallarının, həmkarlar ittifaqı işçilərinin və həmkarlar ittifaqı üzvlərinin hazırlanılmasının, yenidən hazırlığını, ixtisaslarının və təhsilinin artırılması; - Həmkarlar ittifaqı üzvlərinə və həmkarlar ittifaqı təşkilatlarına metodiki informasiya, hüquqi, maddi və digər yardım növlərinin göstərilməsi və s. Həmkarlar ittifaqı komitəsi öz fəaliyyətinin istiqamətlərini həyata keçirmək məqsədilə ittifaqın nizamnaməsinə əsasən komissiyalar təşkil edir.

 

  1. Təşkilati-kütləvi iş komissiyası
  2. Əmək və sosial müdafiə komissiyası
  3. 3. Mədəni-kütləvi və idman işləri komissiyası
  4. Əməyin mühafizəsi komissiyası və s.

 

TƏŞKİLATİ-KÜTLƏVİ İŞ KOMİSSİYASI Qarşısında duran vəzifələr: - Müəssisə və təşkilatda çalışanları (tələbə və şagirdləri) ittifaqa üzvlüyə cəlb edir; - Həmkarlar ittifaqı komitəsinin işini planlaşdırır; - Hesabat-seçki iclaslarında (konfranslarda) deyilmiş təklif və tənqidi qeydləri ümumiləşdirir, tədbirlər planı tırtib edir; - Həmkarlar ittifaqı komitələrinin iclaslarını hazırlayır; - Həmkarlar ittifaqı komitəsinin qəbul etdiyi qərarların yerinə yetirilməsinə nəzarət edir; - Həmkarlar ittifaqı fəallarının təhsilimi təşkil edir; - Həmkarlar ittifaqı komitəsində kargüzarlıq işlərinin düzgün təşkilini həyata keçirir; - Həmkarlar ittifaqı təşkilatlarının qeydiyyatını aparır və təşkilatın sahələrinin keyfiyyətcə möhkəmlənməsini təşkil edir; - Həmkarlar ittifaqı sahəsində fərqlənən ittifaq üzvlərinin maddi və mənəvi cəhətdən mükafatlandırılması barədə təkliflər verir; - Həmkarlar ittifaqının və onun ayrı-ayrı orqanlarının fəaliyyəti ilə əlaqədar daha çox ittifaq üzvünün və təhsil işçisinin tanış olması məqsədilə geniş və hərtərəfli məlumat hazırlayır; - Məlumat xarakterli məsələlər, yeni qəbul edilmiş normativ sənədlərlə əlaqədar həmkarlar ittifaqı fəallarına, onun ayrı-ayrı orqanlarına metodiki köməklik göstərir; - Həmkarlar ittifaqı komitəsinin iclaslarını (konfransları, müşavirələri və digər yığıncaqları) protokollaşdırır; - Təşkilati işlərlə əlaqədar daxil olmuş ərizə, şikayət, sorğularla əlaqədar araşdırma aparır, öz təkliflərini verir; - Həmkarlar ittifaqının möhkəmlənməsi və nüfuzunun artması üçün müxtəlif müsabiqə, yarış və treninqlərin keçirilməsini təşkil edir; - Kollektiv müqavilənin yerinə yetirilməsində yaxından iştirak edir. MƏDƏNİ-

 

KÜTLƏVİ VƏ İDMAN İŞLƏRİ KOMİSSİYASI Qarşısında duran vəzifələr: - Ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin qəbirlərinin ziyarət edilməsini, ölkəmizin tarixində əlamətdar və faciələrlə xatırlanan günlərinin təntənəli şəkildə qeyd olunmasını təşkil edir; - İttifaq üzvlərində Vətənə, Torpağa məhəbbət hissi aşılamaq məqsədilə tətil və istirahət günlərində muzeylərə, tarixi abidələrə və ölkəmizin görməli yerlərinə səyahətlər təşkil edir; - İttifaq üzvlərini mədəni kütləvi tədbirlərə, teatr tamaşalarına cəlb edir; - Təhsil müəssisələrində müdiriyyətlə birgə respublikamızın dövlət və milli bayramlarını keçirir; - Kollektiv müqavilələr hazırlanarkən təkliflər hazırlayır; - Kollektiv müqavilələrdə nəzərdə tutulmuş mədəni-kütləvi idman işlərinin təşkilinə nəzarət edir; - İstirahət düşərgələrinin yay mövsümünə hazırlığı ilə əlaqədar işlərin görülməsi; - İttifaq üzvlərinin asudə vaxtlarının təşkili məqsədilə onların zövqünə uyğun mədəni-kütləvi tədbirlər həyata keçirir, müxtəlif dərnəklər yaradır, intellektual yarışlar keçirir, müvafiq müsabiqələr təşkil edir; - Xalqımıza qarşı ermənilər tərəfindən müxtəlif illərdə törədilmiş soyqırımların ittifaq üzvlərinə çatdırılması və kütləvi xatırlama mərasimləri keçirilməsini təşkil edir; - İttifaq üzvlərinin yaradıcılıq sərgilərini, baxış müsabiqələrini, festival, yarış və spartakiadalarını təşkil edir; - İttifaq üzvlərinin maraq və meyllərini nəzərə alaraq asudə vaxt mərkəzlərinin açılması üçün təkliflər hazırlayır; - Bayramlar ərəfəsində ittifaq üzvlərinin iştirakı ilə qocalar evində, uşaq evlərində görüşlər keçirilməsini, onlara maddi və mənəvi yardımlar göstərilməsini təşkil edir; - Ön cəbhədə olan hərbi hissələrə səfərlər təşkil edir, onlara maddi və mənəvi yardımlar göstərir və əsgərlərimizin döyüş əhval-ruhiyyəsini yüksəldir.

 

ƏMƏYİN TƏŞKİLİ KOMİSSİYASI Qarşısında duran vəzifələr: - İş yerlərinin, keçidlərin, binaların , ərazinin və s. yerlərinin, eləcə də istismar olunan avadanlıqların, yükqaldırıcı və nəqliyyat vasitələrinin texnoloji proseslərin əməyin mühafizəsi tələblərinə cavab verməsi vəziyyətini müntəzəm yoxlayır; - Zərərli, yanğın və partlayış, təhlükəli maddələrin və materialların düzgün daşınması, saxlanması və istifadə edilməsinə, radioktiv şüalanma mənbələrinə nəzarət edir; - İş yerlərində sanitar-gigiyenik əmək şəraitini və vəziyyətini (istilik-rütubət rejimini, hava mühitinin tozlanması və qazlanmasını, işıqlanmanı və s.) işləyənlərin sanitar-məişət otaqları, qurğuları ilə təmin olunması və onların saxlanması vəziyyətini yoxlayır; - Yeni tikilən və yenidən qurulan istehsalat və məişət təyinatlı obyektlərin əməyin mühafizəsi qaydalarıına uyğunluğunu yoxlayır; - Təlimatların keçirilməsinə, işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi, təşkili və bu işlərin keyfiyyətli aparılmasına, yüksək təhlükəli işlərdə işləyənlərə müvafiq vəsiqələrin və naryadburaxılışların verilməsinə nəzarət edir; - Əmək xəsarəti və peşə xəstəliklərinin səbəblərini təhlil edir, onların aradan qaldırılmasına dair tədbirlərin, Dövlət əmək müfəttişliyinin, müəssisələrin əməyin mühafizəsi xidmətinin göstərişlərinin, ictimai təşkilatların və həmkarlar ittifaqları tərəfindən bu işə vəkil edilmiş şəxslərin əməyin mühafizəsinə dair təqdimatların yerinə yetirilməsinə nəzarət edir; - Əgər əmək xəsarəti yalnız müəsssisənin təqsiri üzündən deyil, həm də zərərçəkənin kobud ehtiyatsızlığı üzündən baş veribsə, işəgötürən zərərçəkənin təqsirinin dərəcəsini müəyyən etdikdə əməyin mühafizəsi komissiyası bu barədə rəy verir. Komissiyanın rəyi işəgötürən tərəfindən hökmən nəzərə alınmalıdır. - İşləyənlərin vaxtlı-vaxtında pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və fərdi mühafizə vasitələri ilə təmin edilməsi və onlara qulluq olunmasına (təmiri, təmizlənməsi, yuyulması, tozunun təmizlənməsi və s.) nəzarət edir; - İş rejimi, istirahət vaxtı, qadın və gənclərin əməyin mühafizəsinə, yuyucu və dezinfeksiya edici materialların, müalicəvi-profilaktik qidaların verilməsindən, içməli su rejiminin təşkili və eləcə də istehsalatda xəsarət almış işçilərin səhhətinə dəyən zərərə görə ödənclərin vaxtlı- vaxtında və dügün verilməsinə, qanunvericiliyə əməl olunmasıına nəzarət edir; - Əməyin mühafizəsinə dair Sazişlərin və Kollektiv Müqavilənin müvafiq bölməsinin işlənib hazırlanmasında və yerinə yetirilməsinin yoxlanılmasında, əməyin mühafizəsinin təmin olunmasına dair tədbirlərin həyata keçirilməsində, müəssisənin payız-qış mövsümündə işə hazırlanmasında, iş yerlərinin attestasiyadan keçirilməsi işində iştirak edir. Əməyin mühafizəsi üçün nəzərdə tutulmuş vəsaitdən düzgün istifadə olunmasına nəzarət edir; - Ayrı-ayrı normativ sənədlərin layihələrinə əməyin mühafizəsinin aktual məsələlərinə və eləcə də həmkarlar ittifaq üzvlərinin ərizə və şikayətlərinə baxır və lazımi hallarda müvafiq həmkarlar ittifaqı komitəsinə, sex komitəsinə (həmkarlar bürosuna) təklif verir; - Əməyin mühafizəsinə dair təşkilati tədbirlərin (baxış, müsabiqələr, reydlər, əməyin mühafizəsi günü və s.) hazırlanmasında və keçirilməsində iştirak edir, təbliğat vasitələrinin olmasını və vəziyyətini əməyin mühafizəsi üzrə kabinetin işini, təhlükəsizlik texnikası üzrə lövhə və guşələrin təşkili vəziyyətini yoxlayır; - Əməyin mühafizəsi üzrə ictimai müvəkkillərin işini təşkil edir. ƏMƏK VƏ SOSİAL MÜDAFİƏ KOMİSSİYASI Qarşısında duran vəzifələr: - Təhsil müəssisəsinin rəhbərliyi tərəfindən iş vaxtı, istirahət günləri, məzuniyyət, qadınların və azyaşlıların əməyin müdafiəsi ilə əlaqədar Əmək Məcəlləsində nəzərdə tutulmuş qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət edir; - Əmək haqqı ilə bağlı qanunvericilik barədə həmkarlar ittifaqı strukturlarına məsləhətlər verir; - İş vaxtından əlavə işə görə əmək haqqı hesablanmasına, əmək haqqından, məzuniyyət haqqından düzgün vergi tutulmasına nəzarət edir; - Əmək haqqının vaxtında və düzgün verilməsinə nəzarət edir; - İttifaq üzvlərinin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə iştirak edir; - Əmək, sosial müdafiə (məsləhət, iddia ərizəsinin tərtibi və digər hüquqi sənədlərin hazırlanması və s.) ilə əlaqədar ittifaq üzvlərinə hüquqi yardımlar göstərir; - Verilən qərarların, sərəncamların və digər hüquqlu sənədlərin qüvvədə olan qanunvericiliyə uyğunluğunu hüquqi ekspertiza baxışından keçirir; - Kollektiv müqavilənin hazırlanması və bağlanmasında iştirak edir; - Hüquqi məsələlərlə əlaqədar həmkarlar ittifaqı fəalları üçün metodiki vəsaitlər hazırlayır; - Həmkarlar ittifaqı fəallarını hüquqi məsələlərlə bağlı təşkil edilən kurslara, seminarlara, treninqlərə cəlb edir; - Kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət edir; - Kollektiv müqavilənin layihəsi ilə əlaqədar öhdəliklərin götürülməsində qanunvericiliyə əməl edilməsinə nəzarət edir; - Gələcəkdə konfransda (iclasda) qəbul edilməsi üçün həmkarlar ittifaqı fəallarının iştirakı ilə kollektiv müqavilənin layihəsinin həmkarlar ittifaqı orqanlarında müzakirəsini təşkil eir; - Müqavilənin şərtlərinin yerinə yetirilməsi ilə əlaqədar yaımillik və illik hesabatları tərtib edir; - Əmək qanunvericiliyində dəyişikliklərlə əlaqədar müvafiq kollektiv müqavilələrə əlavə və dəyişikliklərin nəzərə alınmasını təşkil edir; - Konfrans və yığıncaqlarda əmək kollektivi tərəfindən irəli sürülən təklif və iradların həyata keçirilməsinə nəzarət edir.