Ana səhifəTələbə Elmi Cəmiyyəti

 

Tələbələr elmi işə Tələbə Elmi Cəmiyyəti vasitəsi ilə cəlb edilir. Demək olar ki, hər il tələbə elmi konfransları keçirilir. Tələbə elmi cəmiyyəti xətti ilə keçirilən tədbirlərdə tələbələr elmi yaradıcılığa həvəsləndirilir, onların  dünyagörüşünün inkişaf  etdirilməsinə,  öz fikirlərinin  sərbəst və aydın ifadə edilməsinə şərait yaradılır.

 

 

 

 

"Dil - karyeraya gedən yol

 II ümumrespublika ali məktəblərarası tələbə müsabiqəsi

26-27 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında "Dil-karyeraya gedən yol" II ümumrespubllka  ali  məktəblərarası tələbə  müsabiqəsi  keçirildi. Bu müsabiqədə Respublikamızın 10-dan artıq ali məktəbini 30-dan artıq iştirakçı təmsil edirdi.

  

 

“Dil-karyeraya gedən yol”II Ümumrespublika ali məktəblərarası tələbə müsabiqəsinin qalibləri:
 
I-ci yerin qalibi (1-ci dərəcəli diplom və noutbuk) Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Xasayev Faiq
II-ci yerin qalibi (2-ci dərəcəli diplom və planşet)  Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi Lətifov Kamran
III-cü yerin qalibi (3-cü dərəcəli diplom və mobil telefon)  Azərbaycan Dövlət İqtisad Universitetinin  tələbəsi Mustafazadə Səidə
 
Digər iştirakçılar Sertifikatlarla təltif olundular.