- PERSONALIN İDARƏ EDİLMƏSİ VƏ ƏMƏK HAQQI ŞÖBƏSİ -

    Personalın idarəedilməsi və əmək haqqı şöbəsi Azərbaycan Dövlət Dəniz Akademiyasının bir strukturu olub, Rektora tabedir.

     Azərbaycan  Dövlət  Dəniz  Akademiyasının  Personalın idarəedilməsi və əmək haqqı  şöbəsi   20.09.1996-cı il tarixindən etibarən fəaliyyətdə olmaqla, 2 fakültə, 7 kafedra və 8 şöbə əməkdaşına xidmət göstərir.

    Personalın idarəedilməsi və əmək haqqı  şöbəsinə şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri rektor tərəfindən vəzifəyə təyin və azad edilir. Şöbənin strukturu və ştat vahidlərinin sayı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən təsdiq edilir.

   Personalın idarəedilməsi və əmək haqqı şöbəsi təhsil-tərbiyə müəssisələrinin kadrlarla təmin olunması işinə rəhbərlik edir. Müəssisənin iqtisadi və sosial inkişaf planlarının əsasında kadrlara tələbatın müəyyənləşdirilməsi və proqnozlaşdırılması işində iştirak edir. Əmək haqqının düzgün hesablanması, işdən azad olunma, bir işdən digərinə köçürülmə ilə əlaqədar müraciət edən təhsil işçilərini qəbul edir, kadrların yerləşdirilməsi və onlardan düzgün istifadə olunması məsələlərinə nəzarət edir. Müəssisə rəhbəri ilə birlikdə gənc mütəxəssislərin işlə təmin olunması, staj keçməsi və tərbiyəsi məsələləri ilə məşğul olur. Vəzifə və ixtisas dərəcələrini artırmaq üçün vaxtaşırı olaraq mütəxəssislərin işgüzarlıq keyfiyyətini öyrənir. Təhsil işçilərinin ixtisasartırma kurslarına göndərilməsini təşkil edir. Əməkdaşların işə qəbul olunması, bir vəzifədən digərinə köçürülməsi və işdən azad edilməsi ilə bağlı sənədləşmə işlərini vaxtında təşkil edir. Həmkarlar təşkilatı ilə birlikdə müəssisə işçilərinə və onların ailələrinə pensiya təyin etmək üçün zəruri olan sənədlərin hazırlanmasını və sosial təminat orqanlarına verilməsini təmin edir. Personal üzrə mütəxəssislərlə metodiki rəhbərliyi həyata keçirir. Kadrlarla bağlı qərar, əmr və göstərişlərin vaxtında icra olunmasına nəzarət edir. Bütün kateqoriyalardan olan kadrlarla işlərin forma və metodlarının təkmilləşdirilməsi üzrə tədbirlər görür. Kadrlarla işlərin yekunlarını öyrənir və ümumiləşdirir, kadr axıcılığının, üzrsüz işburaxma hallarının səbəblərini və başqa əmək intizamı pozuntularını təhlil edir, kadrların möhkəmləndirilməsi, aşkar olunmuş nöqsanların aradan qaldırılması haqqında təkliflər hazırlayır, sərbəstləşmiş fəhlə və qulluqçuların işə düzəldilməsi üzrə tədbirlər görür; tabel uçotunu, ezamiyyət qrafiklərinin tərtibi və yerinə yetirilməsini təşkil edir.

    Yuxarı orqanların qərar, göstəriş və əmrlərini, kadrlarla işə dair metodiki, normativ və digər rəhbərlik üçün nəzərdə tutulan materialları, təhsil müəssisəsinin şəxsi heyətinin uçotunu, xalq təsərrüfatı sahələrinin inkişaf perspektivlərini, təhsil müəssisəsinin kadrlarla komplektləşdirilməsi planlarının təyin olunması və ödənilməsi qaydası haqqında əsasnaməni, əməkdaşların işə qəbul edilməsi, köçürülməsi və işdən azad edilməsi, onların əmək kitabçaları və şəxsi işlərinin aparılması və qorunması qaydasını, müəssisənin işçilərinə və onların ailələrinə pensiya təminatını rəsmiləşdirməyi, tabel uçotunun təşkili, peşəyönümünün, əməyin sosiologiyasını, iqtisadiyyatın əsaslarını, əməyin elmi təşkilini, istehsalatın və idarəetmənin təşkilini, əmək qanunçuluğunu, əməyin mühafizəsinin, təhlükəsizlik texnikasının istehsalat sanitariyasının və yanğından mühafizənin norma və qaydalarını bilməklə  iş prosesində tətbiq edilməsinə nəzarət  edir.

      -Şöbə müasir dövrün tələblərinə uyğun olaraq, kompyuterləşdirilmiş sistem əsasında xidmət göstərir.

     - Şöbədə şöbə müdiri, 2 nəfər personal  üzrə mütəxəssis olmaqla 3 işçi fəaliyyət göstərir.

Personalın idarəedilməsi və əmək haqqı  şöbəsinin müdiri:   Təranə Süleymanova

Əlaqə telefonu:  (+994 12) 493-36-44

                           (+99412) 4043700 (3034)

            Mobil:    (+99450) 277-02-64

E-mail:  tarana.suleymanova@asco.az