Ana səhifəƏcnəbi tələbələrin təhsili

 Qəbul qaydaları

 

 

Azərbaycan Dövlət Dəniz Akademiyasına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu aşağıdakı əsaslarla həyata keçirilir:

  • Azərbaycan Respublikası ilə xarici ölkələr arasında təhsil, elm, mədəniyyət  sahələrində əməkdaşlıq haqqında hökumətlər və idarələrarası sazişlər əsasında;
  • təhsil müəssisələri arasında bağlanmış birbaşa müqavilələr əsasında;
  • qeyri-hökumət və xeyriyyə cəmiyyətlərinin təsis etdiyi təqaüdlər hesabına;
  • təhsil müəssisələrinin xarici ölkələrin təşkilatları, şirkətləri, assosiasiyaları, digər müəssisələri, vətəndaşları və s. ilə bağladıqları müqavilələr əsasında.

 

Akademiyada tədris Azərbaycan və Rus dillərində əyani formada aparılır. Təhsil ödənişlidir. Bakalavr pilləsində təhsil müddəti 4 ildir.

İlkin mərhələdə (e-mail və ya faks ilə):

-  pasportun surəti

-  orta təhsil haqqında sənədin (attestat və ya diplom) surəti

-  bakalavr diplomunun surəti (magistraturaya qəbul olanlar və 2-ci ixtisas alanlar üçün)

 

Növbəti mərhələdə:

-  rektorun adına ərizə

-  orta təhsil haqqında sənədin (attestat və ya diplom) əsli

-  orta təhsil haqqında sənədə əlavənin əsli

-  pasportun əsli və viza olan səhifələrin surəti

-  qırmızı fonda 8 ədəd rəngli fotoşəkil (3x4 ölçüdə)

-  sağlamlıq haqqında arayış

-  bakalavr diplomunun və diploma əlavənin əsli (yalnız magistraturaya qəbul olanlar üçün)

 

Qeyd: bütün sənədlər tərcümə olunaraq notariusda təsdiq edilməlidir.

Əyani şöbədə təhsil alan əcnəbi tələbələrin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyatı aparılır və bir illik müvəqqəti yaşamaq hüququ verilir.