- HÜQUQ MƏSLƏHƏTÇİSİ -

ADDA-da hüquq məsləhətçisi fəaliyyət göstərir. Rektorun kurasiyasında olan qurumun əsas vəzifəsi Akademiyada qanuniliyin təmin olunmasına nəzarət, tələbə və professor-müəllim heyəti ilə aparılan işin qanuniliyini təmin etməkdir.

Hüquq məsləhətçisi:

-Akademiyada qanunçuluğun gözlənilməsini və onun hüquqi maraqlarının müdafiəsini təmin edir;

-Qanunçuluğun tələblərinə uyğun olaraq Akademiyada hazırlanmış əmr, təlimat, əsasnamə layihələrinə nəzarəti həyata keçirir, habelə zəruri hallarda bu sənədlərin hazırlanmasında iştirak edir;

-Akademiyada hüquqi işlərə metodiki rəhbərlik edir, struktur bölmələrə, ictimai təşkilatlara hüquqi yardım göstərir, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak edir;

-Akademiyanın fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də Akademiyanın fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir;

-Qanunun tətbiqi üzrə iş aparır, Akademiyanın işçilərini Akademiyanın fəaliyyətinə aid olan normativ aktlar ilə, qüvvədə olan qanunvericiliyə edilən dəyişikliklərlə tanış edir, Akademiyanın işçilərinə cari qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə dair rəy verir, hüquqi bilikləri təbliğ edir;

-Təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israf və mənimsənilmə ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak edir;

-Akademiyada əmək intizamını möhkəmləndirmək üçün tədbirlərin həyata keçirilməsində iştirak edir;

-Akademiya tərəfindən verilmiş əmrlərin və digər normativ aktların tətbiqi işinə dair məsləhətlər verir;

-Akademiyanı məhkəmə orqanlarında işlər üzrə iddiaçı və ya cavabdeh qismində təmsil edir.

 

Hüquq məsləhətçisi:   Vəliyev Osman

Tel:   (+994) 50 277 02 85

E-mail: osman.valiyev@acsc.az

 

Vəliyev Osman Akif oğlu 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

1998-2009-cu illərdə Sumqayıt şəhərində orta məktəbdə oxumuşdur.

2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur.

2010-cu ilin iyun-sentyabr aylarında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Bakı ofisində təcrübəçi, 2011-ci ilin yayında Bakıda təşkil olunmuş NATO Yay Məktəbinin iştirakçısı olmuşdur.

Universiteti bitirdikdən sonra 2013-2014-cü illərdə hərbi xidmətdə olmuşdur.

2015-ci ildə Ukrayna Respublikası, Dnepropetrovsk Milli Universitetinin hüquq fakültəsi üzrə magistratura səviyyəsinə qəbul olmuş, 2017-ci ildə Mülki və sahibkarlıq hüququ üzrə magistr ixtisas dərəcəsi almışdır.

2010-2015-ci illərdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Hüquqi araşdırmalar şöbəsində işləmişdir. Eyni zamanda, AVCİYA-nın dəstəyi ilə nəşr olunan “Voice of Karabakh” (“Qarabağın səsi”) qəzetinin əsas müxbiri və ingilis versiyasının tərcüməçisi işləmişdir.

2010-2011-ci illərdə “Discovery Azerbaijan” jurnalında müxbir-tərcüməçi işləmişdir.

2010-cu ildə keçirilmiş parlament seçkilərinin müşahidə edilməsi məqsədilə dəvət olunmuş beynəlxalq ekspertlər qrupunun işinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən tərcüməçi kimi cəlb olunmuşdur.

2012-2013-cü illərdə vəkil köməkçisi işləmişdir.

2015-ci ildə Bakı Şəhəri Xətai rayon məhkəməsində hakim köməkçisi vəzifəsində çalışmışdır.

2015-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Dəniz Akademiyasında hüquq məsləhətçisi vəzifəsində çalışır.

Subaydır.