Ana səhifəElmi Şura

 

 

Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında əsasnamə

 

1.  Ali təhsil müəssisəsinə ümumi rəhbərlik mövcud qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi Elmi Şura tərəfindən həyata keçirilir. Elmi Şuranın səlahiyyət müddəti 3 ildir. Elmi Şuranın vaxtından əvvəl yenidən yaranması onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə həyata keçirilə bilər.
2.  Tutduqları vəzifələrinə ğörə Elmi Şuranın tərkibinə ali təhsil müəssisəsinin rektoru (sədr), tədris işləri üzrə prorektoru (sədr müavini), prorektorlar, elmi katib, dekanlar, ali təhsil müəssisəsinin tərkibində fəaliyyət ğöstərən elmi-tədqiqat institutlarının direktorları, həmkarlar təşkilatının sədrləri (əməkdaşların və tələbələrin), şöbə müdirləri və Tələbə-Elmi Cəmiyyətinin sədri daxil olur. Elmi Şuranın diğər üzvləri ali təhsil müəssisəsinin professor-müəllim və elmi işçilərinin ümumi sayının 3-10%-ni təşkil edir. Bu miqdar rektor tərəfindən professor-müəllim və elmi işçilərinin sayından asılı olaraq müəyyənləşdirilir. Elmi Şuraya namizədlər hər bir fakültənin professor-müəllim və elmi işçilərinin ümumi içlasında gizli səsvermə yolu ilə seçilir. Bundan əlavə Elmi Şuranın tərkibinin 10 %-ə qədəri ali təhsil müəssisəsinin başçısı – rektoru tərəfindən ümumi saya əlavə olaraq təyin edilə bilər (ali təhsil müəssisəsinin daxilində). Professor-müəllim elmi işçilərinin ümumi sayının 2/3 hissəsi iştirak etdikdə iclas səlahiyyətli sayılır. Fakültəyə ayrılan yerlərə iştirakçılardan 50 %-dən daha artıq çox səs toplayanlar Elmi Şuraya üzv seçilmiş hesab edilirlər. Hər bir əməkdaş şura üzvlüyündən çıxdığı halda boşalan yeri həmin fakültənin (bölmənin) nümayəndəsi mövcud qaydada vaxtından əvvəl seçki keçirməklə tuta bilər.
3.  Elmi Şura təhsil müəssisəsinin tabe olduğu orqanın ğöstərişinə əsasən yaradılır və tərkibi onun tərəfindən təsdiq edilir.
4.  Ali Təhsil müəssisəsinin Elmi Şurası;
  - Ali Təhsil Müəssisəsinin Nizamnaməsini qəbul edir, onda əlavələr və dəyişikliklər aparır, tələbələrin, müəllimlər, əməkdakların, aspirant, doktorant və dinləyicilərin daxili intizam qaydalarını təsdiq edir;
    - Ali təhsil müəssisənin inkişaf proqramını təsdiq edir;
    - Hər il ali məktəbin fəaliyyəti barəsində rektorun hesabatını dinləyir;
    - Mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların ixtisaslarının artırılması və yenidən hazırlanması məsələlərinə baxır, bütün təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələləri həll edir;
  - Elmi Şuranın üzvləri içərisindən Şuranın katibini seçir, təhsil və elm, sosial-iqtisadi və təsərrüfat fəaliyyətləri üzrə komissiyalar yaradır. Onların hesabatlarını dinləyir və müvafiq qərar qəbul edir;
       - Şuranın işini təşkil etmək, iclasları hazırlamaq və qərarların həyata keçirilməsinə nəzarət etmək məqsədilə Şura üzvləri içərisindən elmi katib seçir;
       - Fakültələrin, kafedraların və ali təhsil müəssisələrinin digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həlli edir;
       -Vaxtaşırı fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatını dinləyir;
       - Professor və dosent elmi adlarının, eləcə də respublikanın fəxri ad və mükafatlarının,
orden və medallarının verilməsinə təqdim edir;
       - kafedra müdirlərini, professorları, baş elmi işçiləri seçir və onların vaxtında əvvəl tutduqları vəzifələrdən olunmaları məsələlərinə baxır;
       - müstəsna hallarda – fakültə Elmi Şuraları olmadıqda və münaqişələr yarandıqda rektorun qərarı ilə fakültə dekanları, dosent, baş müəllim və assistentləri, elmi işçiləri seçir və onların vaxtından əvvəl azad olunmaları barəsində məsələlərə baxır.
5.  Elmi Şura tədris ili və hər semestr üçün nəzərdə tutulmuş iş palnı üzrə işləyir. Elmi Şuranın iş planı iclasda müzakirə olunub qəul edilir və rektor tərəfindən təsdiq edilir.
6.  Tədris, elmi və tərbiyə işlərinin bütün məsələləri üzrə Elmi Şuranın qərarları açıq səsvermədə sadə səs çoxluğu ilə, professor-müəllim heyətinin, kafedra müdirlərinin, fakültə dekanlarının seçilməsi və geri çağrılması, professor, dosent və fəxri adların verilməsinə təqdimat zamanı isə müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir.
7.  Elmi Şuranın qərar çıxarması üçün onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı vacibdir. Elmi Şurada iştirak edənlərin ümumi sayının 50 %-dən çoxu müzakirə olunan məsələnin leyhinə səs verərsə qərar olunmuş hesab edilir.
8.  Elmi Şuranın qərarları yalnız ali məktəbin rektoru tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.
9.  Elmi Şuranın iclasları protokollaşdırılır, Elmi Şuranın sədri və katibi tərəfindən imzalanır və elmi katibdə saxlanırlır.
10.  Elmi Şuranın sədri Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.
11.  Əsaslı səbəblər olduqda – Elmi Şuranın qəbul etdiyi qərarın obyektiv olmadığı, qanunvericiliyə zidd olduğu müəyyənləşdirildikdə ali məktəbin Elmi Surasının qərarı həmin ali məktəbin tabe olduğu mərkəzi idarəetmə orqanı tərəfindən ləğv oluna bilər.
 
 
 

AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASININ

ELMİ ŞURASININ 2015/2018-ci İLLƏR ÜÇÜN

TƏRKİBİ

 

Sədr:

 

  Çingiz Mansur oğlu  Əliyev

texnika üzrə fəlsəfə doktoru, dosent

Rektor

Sədr müavini:

 

  Faiq Bəhmən oğlu Nağıyev

fizika-riyaziyyat elmlər doktoru, professor

Tədris işləri üzrə prorektor

Katib:

 

  Almaz Yaqub qızı İmanova

fizika üzrə fəlsəfə doktoru, dosent

Elmi katib

Üzvlər:

 

 Zahid Ziyadxan oğlu Şərifov

texnika elmlər doktoru, professor

Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor

 

Əlimərdan Məmmədrza oğlu Quliyev

dosent

Tərbiyə işləri üzrə prorektor

 

 Zakir Məhərrəm oğlu Vəliyev

 

Dənizçilərin hazırlanması və sertifikatlandırılması üzrə prorektor

 

Vüqar Böyükağa oğlu Sadıqov

texnika üzrə fəlsəfə doktoru

Rektorun müşaviri
 

Ramis Vəli oğlu Məmmədov

fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

Tədris-qeydiyyat şöbəsinin müdiri

 

 Rafiq Xəlil oğlu Əsgərov

texnika üzrə fəlsəfə doktoru, dosent

“Dəniz naviqasiyası” fakültəsi­nin dekanı

 

 Elşən Fəxrəddin oğlu Sultanov

texnika üzrə fəlsəfə doktoru, dosent

“Gəmi elektrotexnika” fakültəsi­nin dekanı

 

 Zakir Əliağa oğlu Rüstəmov

texnika elmlər doktoru, professor

 “Dəniz daşımaları və naviqasiya” kafedra­sı­nın müdiri

 

Akif Şəmil oğlu İsmayılov

texnika üzrə fəlsəfə doktoru, dosent

"Gəmi energetik qurğuları və gəmiqayırma" kafedrasının müdiri

 

 Qədir Ağa oğlu Əbdürrəhmanov

texnika elmlər doktoru, professor

“Gəmi elektroavtomatika” ka­fedra­sının professoru

 

 İlqar Ağamməd oğlu Abdullayev

fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

 “İctimai fənlər və dillər” ka­fedrasının müdiri

 

Sabir Allahyar oğlu Əliyev

fizika  üzrə fəlsəfə doktoru, dosent

“Mexanika və riyaziyyat” kafedrasının müdiri

 

 Səbinə Tair qızı Əhmədova

texnika üzrə fəlsəfə doktoru, dosent

“Gəmi elektroavtomatika” ka­fedra­sının dosenti

 

 Elxan  Dəmir oğlu  Məmmədov

Həmkarlar Təşkilatının sədri

 

 İsaq Abuzər oğlu Xankişiyev

Tələbə Elmi Cəmiy­yəti­nin sədri