Ana səhifəADDA-da təhsil

 

     ADDA-da təhsil

 

  • Akademiya Respublikamızda yeganə ali təhsil müəssisəsidir ki, diplomu yüz əlli altı (156) dövlət tərəfindən tanınır. Akademiyamız ən qabaqcıl avropa ali dənizçilik məktəbləri  ilə sıx əməkdaşlıq edir.
  • Akademiya bütün tələbələrini ödənişsiz əsaslarla ildə 2 dəfə (yay və qış geyimləri) forma ilə təmin edir.
  • Tələbələr Akademiya nəzdində ödənişsiz əsaslarla dil kurslarından (ingilis və rus dillərində) yararlana bilərlər.
  • Tələbələr yeni təmirdən çıxmış və yüksək standartlara cavab verən Akademiyanın yataqxanasından ödənişsiz istifadə etmək iqtidarındadırlar.
  • Həftənin 5 tədris günü (Bazar ertəsi – Cümə) tələbələr gündə 2 dəfə ödənişsiz  yeməklə (səhər yeməyi və naharla) təmin olunurlar.
  • Akademiyanın zəngin elektron kitabxanası tələbələrin istifadəsinə verilmişdir. Eyni zamanda akademiyanın tələbələri Makarov Adına Sankt-Peterburq Dövlət Dəniz və Çay Donanması Universitenin elektron kitabxanasından istifadə hüququna malikdirlər.
  • Tələbələrin dünyagörüşünün artırılması üçün dərsdənkənar tədbirlərə cəlb olunmalarını təmin edən ödənişsiz muzey və teatr proqramlarının və turların təşkili.
  • Tələbələrin elmi-praktiki biliklərinin və müvafiq sahəni sərbəst tədqiq etmə bacarıqlarının inkişafına yönəldilmiş elmi konfransların, tədbirlərin və praktikaların təşkili. 

 

Təhsil alan xarici tələbələr

 

 

 

 Xarici tələbələrin dinamikası 

 28 tələbədən:

 23 nəfər - Qazaxıstan Respublikasının vətəndaşı;

 2 nəfər - Gürcüstan Respublikasının vətəndaşı

 1 nəfər - Rusiya Federasiyasının vətəndaşı;

 1 nəfər  - Türkmənistan Respublikasının vətəndaşı.

 1 nəfər – Türkiyə Cümhuriyyəti vətəndaşı.