- BAKALAVRİAT -

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə tələbə qəbulu qaydaları Dövlət İmtahan Mərkəzinin saytında göstərilib.

İxtisaslar:

                  050619 - “Gəmi energetik qurğularının istismarı mühən­disliyi”

                  050620 - “Dəniz  naviqasiyası mühəndisliyi”

                  050626 - “Elektrik mühəndisliyi”

                  050618 - “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi”           

   Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühən­disliyi”, “Dəniz  naviqasiyası mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini təsdiq  etdikdən sonra  Azərbaycan Dövlət Dəniz Akademiyasında xü­su­si tibbi mü­ayinə­­dən keçməlidirlər.

Azərbaycan  Dövlət  Dəniz  Akademiyasına bakalavr səviyyəsinə  qəbul  olunmuş abituriyentlərin  nəzərinə!

 Akademiyaya  qəbul  olunmuş  hər bir abituriyent aşağıda qeyd olunan sənədləri ("DIM"-ə) təqdim etməklə qeydiyyatdan keçməlidir:

    1. Tam orta təhsil haqqında sənəd  (attestat  -  əsli və surəti).

  1. Şəxsiyyət vəsiqəsi (əsli və surəti)
  2. 6 ədəd rəngli fotoşəkil (3x4)
  3. Çagırış məntəqəsinə təhkim olunma haqqında sənəd (əsli və surəti)
  4. Sağlamlıq haqqında arayış (forma 086) yalnız “Gəmiqayırma və gəmi təmiri” Ixtisasına daxil olanlar üçün   
  1. Tərcümeyi-hal
  2. İş nömrəsi və şifri
  3. Məcburi köçkünlük vəsiqəsinin notarial təsdiqli surəti və əsli
  4. Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid və əlil olmuş şəxslərin övladları üçün bu barədə sənədlərin notarial təsdiqli surəti və əsli.

     Ödənişli əsaslarla qəbul olunmuş abituriyentlər I kursun təhsil haqqını tam  ödəməlidirlər.   

Təkrar ali təhsil və orta ixtisas təhsili

                 Təkrar ali təhsil və orta ixtisas təhsilinin məzmunu və formaları

  1. Təkrar ali təhsil və orta ixtisas təhsiliilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda, mütəxəssislərə verilən əlavə təhsil növüdür. Proqramlar arasındakı fərq təkrar ali təhsil və orta ixtisas təhsili verən müəssisə tərəfindən müəyyən edilir.
  2. Mütəxəssis hazırlamaq işində çevikliyi və ayrı-ayrı şəxslərin əlavə ixtisas təhsili almaq arzusunu təmin etmək məqsədi ilə təkrar ali təhsil və orta ixtisas təhsili bu təhsili almaq istəyən şəxs­lərlə və ya onların işlədikləri idarə və təşkilatlarlamüvafiq təhsil müəssisəsi arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir.
  3. Ali təhsili olanlar təkrar ali, orta ixtisas təhsili olanlar isə təkrar orta ixtisas təhsili ala bilərlər.
  4. Hər hansı təh­sil müəssisəsində təkrar ali təhsil və orta ixtisas təhsili həmin təhsil müəssisə­sində hazırlanan ixtisaslar üzrə aparıla bilər.
  5. Təkrar ali təhsil və orta ixtisas təhsilinin məzmunu əlavə təhsil müəssisəsi tərəfindən təsdiq edilmiş tədris planları və proqramları əsasında müəyyənləşdirilir.
  6. Təkrar ali təhsil və orta ixtisas təhsili müvafiq ixtisas üzrə bakalavr (subbakalavr) pilləsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsili proqramı ilə yeni ixtisasın baza təhsili proq­­ramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.
  7. Təkrar ali təhsil və ortaixtisas təhsili əyani, qiyabi və distant (məsafədən) formalarda həyata keçirilə bilər.

Təkrar ali təhsil və orta ixtisas təhsilinin təşkili

  1. Təkrar ali təhsil və orta ixtisas təhsili üzrə qəbul qaydaları və müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, təhsil müəssisəsi tərəfindən müəyyənləş­dirilir.
  2. Təkrar ali təhsil və orta ixtisas təhsili müəyyən istiqamət və ixtisaslar üzrə müvafiq fa­kültələrdə (şöbələrdə) həyata keçirilir.
  3. Qruplarda tələbələrin sayı 15-30 nəfər müəyyən edilir.
  4. Əvvəl aldığı ixtisasın baza proqramında öyrənilmiş fənlərin məzmunu yeni almaq istədiyi əlavə ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun olduqda, tələbə həmin fənlər üzrə məşğələlərdən və attestasiyadan azad olunur. 

Təkrar ali təhsil almaq üçün aşağıdaki ixtisasların adları:

  1. 050620 – Dəniz naviqasiyası mühəndisliyi
  2. 050619 – Gəmi energetic qurğularının istismarı mühəndisliyi
  3. 050626 – Elektrik mühəndisliyi
  4. 050618 – Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

Təkrar ali təhsilə sənədlərin qəbulu Akademiyanın əsas binasında həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri rəsmi qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar.

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra Akademiyada təkrar ala bilərlər.

 Əlavə  ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri  təqdim etməlidirlər: 

  • rektorun adına ərizə;
  • ali təhsil haqqında sənədin, diplomun surəti (notarial qaydada təsdiq olunmuş) və qiymət kitabçasından çıxarışı (diploma əlavə)(saatların miqdarı göstərilməklə);
  • əmək kitabçasının surəti;
  • 3×4 sm ölçüdə 6 ədəd rəngli fotoşəkil;
  • sağlamlıq haqqında arayış;
  • şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq olunmuş);
  • təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi.