Ana səhifəTələbə Həmkarlar İttifaqı

Tələbə Həmkarlar İttifaqı Komitəsi haqqında

 

 

 

Azərbaycan Dövlət Dəniz Akademiyasının Tələbə Həmkarlar İttifaqı Komitəsi 1996-cı ildə yaranmşdır.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərkibi 21 nəfərdən ibarətdir.

 

 

THİK - nin əsas məqsəd və vəzifələr. THİK-nin əsas vəzifələri tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması, tələbələr arasında maarifləndirmə işinin aparılması, tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, tələbələrin hüquqlarının təmin edilməsi. Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi, tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi, tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, kütləvi təbliğat kompaniyalarının, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi, tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, tələbələrin maraq və meyllərini, tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam - intizamı, yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması, qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və dünya görüşlərinin hər tərəfli formalaşması üçün THİK bir sıra tədbirlər həyata keçirir.