Ana səhifəQəbul qaydaları

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları

 

 

Ümumi müddəalar

Qəbul "Dövlət imtahan mərkəzi"-nın xətti ilə aparılır.

2 nomrəli "Abituriyent" jurnalınından çıxarış

Azərbaycan Dövlət Dəniz Akademiyasının "Gəmi energetik qurğularının istismarı mühəndisliyi" , "Dəniz naviqasıyası mühəndisliyi" və  "Elektrik mühəndisliyi" ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər 1-ci bənddə göstərilən müddətdə və qaydada elektron ərizələrini təsdiq etdikdən sonra 17 aprel - 15 may tarixlərində Azərbaycan Dövlət Dəniz Akademiyasında xüsusi tibbi müayinədən keçməlidirlər.

Azərbaycan Dövlət Dəniz Akademiyasında xüsusi tibbi komissiya öz fəaliyyətini mayın 22-dək davam etdirəcək!

Seçim  I  qrup ixtisas üzrə keçirilir.

Abituriyentlər İsmayıl Qutqaşınlı  19 ünvanında yerləşən (“Elmlər Akademiyası” metrosu yaxınlığında, “Mərkəzi Dənizçilər” Xəstəxanasının həyəti) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 1 saylı poliklinikasına müraciət etməlidirlər.

 

İş günləri: I – VI günlər.

İş saatı: 900 – 1600 .

 

Abituriyentlər tibbi komissiyaya aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  • Şəxsiyyət vəsiqəsi
  • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (və ya hərbi bilet).

 

*Qeyd: "Gəmiqayırma və gəmi  təmiri mühəndisliyi" ixitisasına qəbul olmaq istəyən abuituriyentlər tibbi kommisiyadan keçmələri tələb olunmur!

 

 

 

Qəbul olduqdan sonra tələb olunan sənədlər (Bakalavr)

 

1. Attestatın əsli və sürəti

2. Şəxsiyyət vəsiqəsinin əsli və sürəti

3. Hərbi çağırış vərəqəsinin əsli və sürəti

4. 6 ədəd  3x4 foto şəkil

5. Tərcümeyi-hal

 

 

 BAKALAVR PİLLƏSİ ÜZRƏ İXTİSAS HAZIRLIĞI

 

İxtisasın şifri İxtisas Təhsilin növü
1 050620 Dəniz naviqasiyası mühəndisliyi Əyani
2 050618 Gəmiqayırma və gəmi təmiri mühəndisliyi Əyani
3 050619 Gəmi energetik qurğularının istismarı mühəndislyi Əyani
4 050626 Elektrik mühəndisliyi Əyani

 

MAGİSTR PİLLƏSİ ÜZRƏ İXTİSAS HAZIRLIGI 

 

İxtisasın şifri İxtisas Təhsilin növü
1 060620 Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi Əyani
2 060618 Gəmiqayırma və gəmi təmiri mühəndisliyi Əyani
3 060619 Gəmi energetik qurğularının istismarı mühəndislyi Əyani
4 060626 Elektrik mühəndisliyi Əyani