- ELMİ-TƏDQİQAT FƏALİYYƏTİ -

Azərbaycan Dövlət Dəniz Akademiyasının elmi potensialın 7 kafedra üzrə ümumilikdə 142 nəfər təşkil edir. Bunlardan 46 nəfər elmi dərəcəli, 8 elmlər doktoru, 38 elmlər namizədidir.

Akademiyanın doktorantlarının və professor-müəllim heyətinin elmi əsərləri Sankt-Peterburq, Kiyev, Sevastopol, habelə Latviya, Estoniya, Polşa şəhərlərinin Ali dənizçilik məktəblərinin elmi jurnallarında nəşr olunub.

Akademiyada «Su nəqliyyatının problemləri» istiqamətində elmi-tədqiqat işinin yerinə yetirilməsinə,    elmi-pedaqoji kadrların doktorantura və dissertantura yolu ilə hazırlanmasına, ölkədaxili və xarici ölkə ali məktəbləri ilə elmi mübadilələrin aparılmasına, elmi konfransların, simpoziumların və seminarların keçirilməsinə, tələbələrin elmi təqiqat işlərinə cəlb edilməsinə, elmi monoqrafiya və əsərlərin dərc edilməsinə xüsusi fikir verilir.

Elmi-tədqiqat  işləri

ADDA-nın Elmi Şurasında təsdiq edilmiş elmi-tədqiqat planına uyğun olaraq  kafedraların elmi işləri Аzərbaycan Milli Elmlər Akademiyasına təqdim olunur. Hər il Akademiyanın alimlərinin apardığı elmi-tədqiqat işləri AMEA-nın əsas nəticələri haqqında hesabatına daxil edilir.

2018-2020-ci illər üçün nəzərdə tutulmuş elmi-tədqiqat işlərinin mövzuları: 

  • Gəmi gövdəsinin qaynaq birləşmələrinin keyfiyyətinin və korroziyaya dözümlülüyünün tədqiqi. 
  • Gəmi köməkçi mexanizmlərinin texniki göstəricilərinin yüksəldilməsi. 
  • Məhdud akvatoriyada gəmilərin sovuşmasının təhlükəsizlik kriteriyaları. 
  • İstismar parametrlərinin gəmi dizellərinin işinə təsirinin tədqiqi yolu ilə onların rasional qiymətlərinin seçilməsi. 
  • Mn və Sm qatqılı GaSb birləşməsinin elektrofiziki xassələrinin öyrənilməsi. 
  • Azərbaycanda multikultural proseslərin tarixi-fəlsəfi, sosial-iqtisadi və siyasi-hüquqi aspektləri.

Akademiya alimlərinin fəallığı

  • Elmlər doktoru və elmlər üzrə fəlsəfə doktoru işlərinin müdafiəsində Akademiyanın aparıcı müəssisə kimi təyin olunması
  • Alimlərimizin Müdafiə Şuralarında üzv kimi iştirakı
  • Doktorantlara rəhbərlik
  • Opponentlik və müxtəlif səviyyədə rəyçi kimi
  • AAK-ın ekspert şurasının üzvü kimi
  • Müdafiyə suralarının sədri kimi

Elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində  tətbiqi

«Gəmiqayırma materialları», «Materialşünaslıq və materialların texnologiyası»  fənlərində; “Gəmi maşın və mexanizmlərinin diaqnostikası” fənnində; «Dəniz daşımalarının texnologiyası» , «Yükdaşıma texnologiyası», «Yükşünaslıq», «yükləmə boşaltma proseslərinin texnologiyası və təşkili» fənlərində; “Azərbaycan tarixi”, “Fəlsəfə”, “İqtisadiyyat” və “Multikulturalizm” kimi fənlərin tədrisində.