Ana səhifəTədris Qeydiyyat Şöbəsi

Akademiyanın  Tədris şöbəsi  1996-cı ildə  yaranıb. 2015-cı ildən Tədris şöbəsi  Tədris-qeydiyyat şöbəsi kimi  fəaliyyət göstərir. Hal-hazırda şöbədə  müdir müavini, 4 nəfər təhsil üzrə mütəxəssis və metodist işləyir.

 

Tədris-qeydiyyat  şöbəsinin fəaliyyətinin əsas istiqamətləri:

 

  1. Azərbaycan Respublikası Təhsil Naziri tərəfindən təsdiqlənmiş “Ali ixtisas təhsilinin bakalavr (magistr) pilləsinin Dövlət Standartları” əsasında tədris və işçi tədris planlarının hazırlanması, müzakirə və təsdiq olunma üçün Akademiyanın  Elmi Şurasına çıxarilması.
  2. Yeni tədris ilinə hazırlıq məqsədilə kafedralar üzrə tədris yükünün bölgüsü;
  3. Tədris şöbəsi tərəfindən təqdim edilmiş bölgü əsasında kafedralar tərəfindən dərs yükünün ştatda olan müəllimlər arasında mövcud normativ qaydalara uyğun bölünməsinə və yerinə yetirilməsinə nəzarət;
  4. Kafedralar tərəfindən sillabuslar, təqvim və tədris planlarının və tədrislə bağlı digər sənədlərin tərtib edilməsinə nəzarət;
  5. Kafedralarda tədris olunan bütün fənlər üzrə proqramların, dərslik və dərs vəsaitlərinin mövcudluğuna nəzarət;
  6. Professor-müəllim heyətinin açıq dərslərinin və qarşılıqlı dərs dinləmələrinin qrafikə uyğun həyata keçirilməsinə nəzarət. 
  7. Tədris prosesinin normal keçməsi məqsədilə dekanlıqları, aidiyyatı olan şöbələri və kafedraları lazımi tədris materialları  ilə təmin etmə.
  8. Üzmə istehsalat  təcrübənin keçirilməsinin təşkili və onlara nəzarət.  
  9. Müxtəlif illərdə Akademiyadan  xaric olunmuş tələbələrin bərpası, tələbələrin bir təhsil formasından digərinə, bir ixtisasdan başqasına köçürülmələri ilə əlaqədar təqdim olunmuş sənədlərin müvafiq komissiya üçün hazırlanması;
  10. İllik statistik hesablamaların hazırlanması, həmin hesablamaların müvafiq orqanlara  çatdırılmasının təmin edilməsi;
  11. Akademiya  üzrə kredit borcu olan tələbələrin qeydiyyatının aparılması.
  12. Mövcud Əsasnamənin tələblərinə uyğun olaraq kredit borcu olan tələbələr üçün yay semestrinin   (III semestrin) təşkili və keçirilməsi;
  13. Fakültələrin təqdimatları əsasında hazırlanmış və rektorla razılaşdırılmış DAK sədrlərinin siyahısının  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”  QSC-nə  təsdiq üçün göndərilməsi;
  14. Növbəti tədris ili üçün müxtəlif ixtisaslar üzrə bakalavr və magistr səviyyələrinə tələbə qəbulunun planlaşdırılması və rektorla razılaşdırılması, sonra “AXDG”  QSC-nə  göndərilməsi;
  15. Tədris-qeydiyyat  şöbəsinin nəzdində fəaliyyət göstərən dispetçer xidməti vasitəsilə tədris intizamına nəzarət edilməsi və bu haqda rektorluğa məlumatların hazırlanması;
  16. Tələbə kontingentinin hərəkəti ilə bağlı aylıq hesabatların hazırlanması;
  17. Müxtəlif kafedralarda saathesabı qaydada professor-müəllim heyətinin sənədlərinin toplanması və onlara zəhmət haqqının ödənilməsi ilə bağlı əmrlərin hazırlanması;
  18. Auditoriya fondunun fakültələr arasıda bölgüsünün aparılması və bu fonddan səmərəli istifadə edilməsinə nəzarət edilməsi;
  19. Azərbaycan Respublikası Təhsil Nazirliyi və digər nazirlik, təşkilat və orqanlardan daxil olmuş tədrislə bağlı əsasnamə, təlimatı məktub, rəhbər əmrlər və digər sənədləri icraata qəbul və onların icrasına nəzarət edilməsi;
  20. Tədris prosesi ilə bağlı müxtəlif əmrlərin hazırlanması, məktub və digər lazımi sənədlərin nazirlik və müxtəlif təşkilatlara göndərilməsi;
  21. İmtahan sessiyalarının və buraxılış işlərinin müdafiəsinə  nəzarət edilməsi, fakültələrdən imtahanların nəticələri ilə bağlı hesabatların toplanaraq ümumiləşdirilməsi və müzakirəsinin keçirilməsi;
  22. Tədris-qeydiyyat  şöbəsi nəzdində fəaliyyət göstərən dispetçer xidməti, qeydiyyat ofisi və təcrübə bölməsinə rəhbərlik və işlərinin koordinasiya edilməsi.

 

 

Tədris-qeydiyyat şöbəsinin  müdiri : Məmmədov Ramis Vəli oğlu

Tel: (99412) 498-73-94