Ana səhifəHüquq məsləhətçisi

ADDA-da hüquq məsləhətçisi fəaliyyət göstərir. Rektorun kurasiyasında olan qurumun əsas vəzifəsi akademiyada qanuniliyin təmin olunmasına nəzarət, tələbə və professor-müəllim heyəti ilə aparılan işin qanuniliyini təmin etməkdir.

Hüquq məsləhəçisi:

- Akademiyada qanunçuluğun gözlənilməsini və onun hüquqi maraqlarının müdafiəsini təmin edir;

- Qanunçuluğun tələblərinə uyğun olaraq Akademiyada hazırlanmış əmr, təlimat, əsasnamə layihələrinə nəzarəti həyata keçirir, habelə zəruri hallarda bu sənədlərin hazırlanmasında iştirak edir;

- Akademiyada hüquqi işlərə metodiki rəhbərlik edir, struktur bölmələrə, ictimai təşkilatlara hüquqi yardım göstərir, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak edir;

- Akademiyanın fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də Akademiyanın fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir;

- Qanunun tətbiqi üzrə iş aparır, Akademiyanın işçilərini Akademiyanın fəaliyyətinə aid olan normativ aktlar ilə, qüvvədə olan qanunvericiliyə edilən dəyişikliklərlə tanış edir, Akademiyanın işçilərinə cari qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə dair rəy verir, hüquqi bilikləri təbliğ edir;

-Təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israf və mənimsənilmə ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak edir;

- Akademiyada əmək intizamını möhkəmləndirmək üçün tədbirlərin həyata keçirilməsində iştirak edir;

- Akademiya tərəfindən verilmiş əmrlərin və digər normativ aktların tətbiqi işinə dair məsləhətlər verir;

- Akademiyanı məhkəmə orqanlarında işlər üzrə iddiaçı və ya cavabdeh qismində təmsil edir.

 

Hüquq məsləhətçisi:   Vəliyev Osman

Tel:   (+994) 50 352 99 88

E-mail: osman.valiyev@acsc.az