Ana səhifəTəsərrüfat şöbəsi

 

Təsərrüfat şöbəsi

 

Təsərrüfat şöbəsi 1996-cı ilin sentyabr ayında yaradılmış və Akademiyanın struktur bölməsi kimi fəaliyyət göstərir.

AXDGQSC və ADDA tərəfindən həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələri yerinə yetirir.

Akademiyanın şöbə və kafedralarına təhkim olunmuş əmlakın təyinatı üzrə istifadə olunmasına nəzarət edir, onların qanuni istifadəsini və müvafiq qaydada sənədləşdirilməsini təmin etmək üçün tədbirlər həyata keçirir.

Akademiya üzrə inventar və avadanlıqların alınması üçün Akademiyanın ehtiyacını öyrənir, şöbələrin,kafedraların və dekanlıqların verdiyi sifarişləri təmin edir, müəyyən olunmuş qaydada mal-materialların,cihazların, avadanlıqların və digər inventarın verilməsini təşkil edir;

Akademiyanın normal fəaliyyət göstərməsi üçün lazım olan maddi-texniki tələbatı təmin edir, bütün təsərrüfat işlərini həyata keçirir.

Akademiya üçün lazım olan malların satın alınmasına dair təqdimatların hazırlanmasında iştirak edir, səlahiyyətləri daxilində bu cür təqdimatlar haqqında rəylər verir;

Yanğından mühafizə, sanitar-texniki və əməyin mühafizəsi qaydalarına, texniki –istismar normalarına uyğun olaraq Akademiyanın inzibatı binasından lazımi səviyyədə istifadə olunmasını təmin edən təşkilati  və texniki tədbirlər planı işləyib hazırlayır və həyata keçirilməsini təmin edir.

Akademiyanın inzibati binasının həyətində və ətrafında təmizlik və abadlıq işlərini təşkil edir;

Zərfə qoyulmuş sənədlərin reyestrə yazılmasını və müvafiq qaydada ünvanlara çatdırılmasını təmin edir.

Qanunvericiliklə müəyyən edilmiş buraxılış qaydalarının tələblərinə uyğun olaraq, Akademiyanın inzibati binasına giriş-çıxışı tənzim edir.

Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını təmin edir.

Qanunvericiliklə müəyyən olunmuş qaydada ekspedisiya sənədlərinin çatdırılmasını və aidiyyəti üzrə göndərilməsini təmin edir.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə Akademiya tərəfindən ona həvalə olunmuş digər funksiyaları həyata keçirir.

          Akademiyanın tibbi təminatı məsələlərinin həlli üçün həkim kabinetini dami hazır vəziyyətdə saxlayır. Hər il həkim kabinetinin zəruri tibbi əmlaka olan tələbatını müəyyən edir. Akademiyanın zəruri olan obyektlərini (yataqxana,emalatxana,yeməkxana və sair) ilk tibbi yardım vasitələri ilə təmin edir.

          “Mülki Müdafiə haqqında” Azərbaycan Respublikası qanunu ilə və “Mülki Müdafıənin təmin edilməsi barədə” Nazirlər kabinetinin qanuni müdafiə tələblərinə uyğun olaraq Akademiya işçilərinə sülh və müharibə dövründəki fövqəladə hallarda mühafizə və fəaliyyət qaydalarının öyrədilməsi məqsədi ilə MM üzrə hazırlıq işlərini planlaşdırır və konkret olaraq bu məqsədlə müvafiq tədbir və sənədlərini hazırlığını təmin edir.

Laboratoriyalarda, auditoriyalarda dərs prosesində istifadə olunan maşınların,mexanizmlərin, dəzgahların, alətlərin, işə salma cihazlarının sazlıqlarının yoxlanılması, istismara yararlı olmasına cavabdeh şəxslərdən tələb edir.

Akademiyanın bütün struktur bölmələrindən texniki təhlükəsizlik və yanğına qarşı təhlükəsizlik qaydalarına əməl olunmasını tələb edir

Təsərrüfat şöbəsi əsas binanın struktur bölməsində olan Tələbə yataqxanası və 2-ci tədris binasının auditoriyalarında, kabinet və laboratoriyalarında, tədris-idman bazalarında, yataqxanalarında sanitar-gigiyena vəziyyətinə və qayda-qanunu təmin edir, tikintiyə, kapital və cari təmirə rəhbərlik edir, tədris bazasını, laboratoriyaları, kabinetləri, təsərrüfat və mədəni-məişət  müəssisələrini, avadanlıqlarla, inventar və materiallarla təmin edir; tələbələrin və professor-müəllim heyətinin maddi-məişət şəraitini yaxşılaşdırılması üzrə tədbirlər keçirir; rektorun tapşırığı ilə maliyyə-təsərrüfat məsələsi üzrə digər müəssısələrlə müqavilə bağlanması üzrə təkliflər hazırlayır.

Təsərrüfat şöbəsi bilavasitə Akademiyanın rektoruna  tabedir  və  şöbə öz fəaliyyətini Akademiya və şöbə tərəfindən hazırlanmış iş planı əsasında həyata keçirir.

           Şöbədə 9 nəfər mühəndis texnik fəaliyyət göstərir.

 

Şöbənin müdiri:   Bəbirov İlyas Qaytaran oğlu

Əlaqə nomrələr:

Mob:   (+994 50) 379-88-05; (+994 50) 277-02-75

Elektron poçt:   roza-asma@rambler.ru