Ana səhifəTədris işləri üzrə prorektor

 

 

Professor Nağıyev Faiq Bəhmən oğlu Azərbaycan Dövlət Dəniz Akademiyasının tədris işləri üzrə prorektorudur.1952-ci ildə mart ayının 16-də anadan olmuşdur.

F.B.Nağıyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1979-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində fizika-riyaziyyat elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edib.

1990-cı ildə M.İ.Kalinin adına Leninqrad Politexnik İnstitutunda fizika-riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.

 

    130-dən yuxarı elmi məqaləsini, ABŞ, Kanadada və Almaniyada yeddi monoqrafiyasını, 10 dərs vəsaiti və 40-a yaxın qəzet və jurnal məqaləsini çap etmişdir, 35 beynəlxalq və respublika səviyyəli konfranslarda çıxış etmişdir.

Müxtəlif illərdə Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında, respublikanın özəl universitetlərində pedaqoji fəaliyyət göstərib.

1995 – ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının, 1996 – cı ildə isə Beynəlxalq İnformatlaşdırma Akademiyasının həqiqi üzvü seçilib.

2000-ci ildən ABŞ və Kanadada nəşr edilən “İnternational Journal of Chemo informatics and Chemical Engineering” jurnalının redaktorlar heyətin üzvüdür.

2001 – ci ildən Beynəlxalq İNTAS fondun elmi işlər üzrə eksperti olub. Müxtəlif illərdə beynəlxalq fondların qrantlarına layiq görülüb.

2007 – ci ildən G&R Business Service Limited Liability Company Məhdud Cəmiyyətin təlimçi-məsləhətçisidir.

F.B.Nağıyev çox fazalı mühit, riyaziyyat, kompüter proqramlaşdırma, neft və qaz, hidromexanikanın fundamental və tətbiqi tədqiqatlar sahələrində mütəxəssisdir.