- İCRAYA NƏZARƏT, KARGÜZARLIQ VƏ TƏSƏRRÜFAT İŞLƏRİ ŞÖBƏSİ -

Təsərrüfat şöbəsi və İcrayə Nəzarət və kargüzarlıq şöbələrinin əsasında 20.09.18-ci il tarixli 253 nömrəli əmrlə İcrayə nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi yaradılmışdır.

Şöbənin fəaliyyətinə aşağıdakı sahələr daxildir:

-Təsərrüfat işləri üzrə 

- İcrayə nəzarət və kargüzarlıq üzrə

- Arxiv işləri üzrə

Təsərrüfat işləri üzrə 

AXDG QSC və ADDA tərəfindən həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələri yerinə yetirir.

Akademiyanın şöbə və kafedralarına təhkim olunmuş əmlakın təyinatı üzrə istifadə olunmasına nəzarət edir, onların qanuni istifadəsini və müvafiq qaydada sənədləşdirilməsini təmin etmək üçün tədbirlər həyata keçirir.

Akademiya üzrə inventar və avadanlıqların alınması üçün Akademiyanın ehtiyacını öyrənir, şöbələrin, kafedraların və dekanlıqların verdiyi sifarişləri təmin edir, müəyyən olunmuş qaydada mal-materialların,cihazların, avadanlıqların və digər inventarın verilməsini təşkil edir;

Akademiyanın normal fəaliyyət göstərməsi üçün lazım olan maddi-texniki tələbatı təmin edir, bütün təsərrüfat işlərini həyata keçirir.

Akademiya üçün lazım olan malların satın alınmasına dair təqdimatların hazırlanmasında iştirak edir, səlahiyyətləri daxilində bu cür təqdimatlar haqqında rəylər verir;

Yanğından mühafizə, sanitar-texniki və əməyin mühafizəsi qaydalarına, texniki –istismar normalarına uyğun olaraq Akademiyanın inzibatı binasından lazımi səviyyədə istifadə olunmasını təmin edən təşkilati  və texniki tədbirlər planı işləyib hazırlayır və həyata keçirilməsini təmin edir.

Akademiyanın inzibati binasının həyətində və ətrafında təmizlik və abadlıq işlərini təşkil edir;

Qanunvericiliklə müəyyən edilmiş buraxılış qaydalarının tələblərinə uyğun olaraq, Akademiyanın inzibati binasına giriş-çıxışı tənzim edir.

Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını təmin edir.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə Akademiya tərəfindən ona həvalə olunmuş digər funksiyaları həyata keçirir.

Akademiyanın tibbi təminatı məsələlərinin həlli üçün həkim kabinetini dami hazır vəziyyətdə saxlayır. Hər il həkim kabinetinin zəruri tibbi əmlaka olan tələbatını müəyyən edir. Akademiyanın zəruri olan obyektlərini (yataqxana,emalatxana,yeməkxana və sair) ilk tibbi yardım vasitələri ilə təmin edir.

Laboratoriyalarda, auditoriyalarda dərs prosesində istifadə olunan maşınların,mexanizmlərin, dəzgahların, alətlərin, işə salma cihazlarının sazlıqlarının yoxlanılması, istismara yararlı olmasına cavabdeh şəxslərdən tələb edir.

Şöbə, əsas binanın və struktur bölməsində olan Tələbə yataqxanası və 2-ci tədris binasının auditoriyalarında, kabinet və laboratoriyalarında, tədris-idman bazalarında, yataqxanalarında sanitar-gigiyena vəziyyətinə və qayda-qanunu təmin edir, tikintiyə, kapital və cari təmirə rəhbərlik edir, tədris bazasını, laboratoriyaları, kabinetləri, təsərrüfat və mədəni-məişət  müəssisələrini, avadanlıqlarla, inventar və materiallarla təmin edir; tələbələrin və professor-müəllim heyətinin maddi-məişət şəraitini yaxşılaşdırılması üzrə tədbirlər keçirir; rektorun tapşırığı ilə maliyyə-təsərrüfat məsələsi üzrə digər müəssısələrlə müqavilə bağlanması üzrə təkliflər hazırlayır.

İcrayə nəzarət və kargüzarlıq

  Azərbaycan Respublikası Prezidentinin “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlığın aparılmasına dair təlimat” və AXDG-nin aparatında və tabeliyində olan müəssisə və təşkilatlarda kargüzarlığın aparılması haqqında əmrinə əsasən fəaliyyət göstərir. ”

Akademiyanın öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətini  həyata keçirir, elektron sənəd dövriyyəsini, icraya nəzarət işlərinin təşkili və  təkmilləşdirilməsini  təmin edir.

Akademiyada kargüzarlığın, sənəd dövriyyəsinin aparılmasında mövcud qaydaların tələblərinə riayət edilməsinə təşkilati, əməli-metodiki rəhbərliyi və cari nəzarəti həyata keçirmək; Kargüzarlıq, sənəd dövriyyəsi, sahələrində təşkilati-sərəncamverici  sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

Akademiyaya daxil olan sənədləri qəbul etmək, qeydiyyata almaq, qeydiyyat -  nəzarət vərəqələrinin hazırlanmasını, sənədlərin surətlərinin çoxaldılmasını və aidiyyəti üzrə çatdırılmasını təmin etmək;

Akademiyaya daxil olan sənədlərin müvafiq icraçı strukturlar tərəfindən təhvil    alınmasını təmin etmək, icranın gedişatı və nəticəsi barədə qeydiyyat-nəzarət  vərəqəsində müvafiq qeydlərin aparılmasına nəzarət etmək, xaric olan sənədləri aidiyyəti üzrə göndərmək;

Akademiyada sənədlərin tez və vaxtında dövriyyəsini, sənədlərlə işin təşkilini,    səlahiyyətləri çərçivəsində sənədlərin vaxtında icrasına cari nəzarəti və müəyyən olunmuş qaydada arxivə təhvil verilməsini təşkil etmək;

İcra olunmuş sənədləri Akademiyanın  müvafiq şöbə, kafedra və dekanlıqlardan   qəbul etmək, icradan çıxarılmasını, aidiyyəti üzrə göndərilməsini, xaric olan sənədlərin təsnifləşdirilməsini və hesabatların aparılmasını təmin etmək;

Sənədlər üzrə axtarış sistemlərinin qurulmasını və Akademiyada kargüzarlıq üçün məsul olan şəxslərin bu sistemlərdən istifadə etmələrini təşkil etmək, rektor tərəfindən təcili, xüsusi əhəmiyyətli sənədlər, o cümlədən vətəndaşların təklif, ərizə və şikayətlərinə dair verilmiş tapşırıqların vaxtında icra olunmasına   nəzarət etmək;

Akademiyadan  xaric olan sənədlərin tələb olunan formada, qaydada tərtib edilməsini, göstərilən ünvanların və digər məlumatların düzgünlüyünü, vizaların tam və düzgün toplanmasını yoxlamaq, müvafiq səhvlər aşkar edildikdə səbəbləri  göstərilməklə sənədi Akademiyanın  müvafiq şöbələrinə  geri qaytarmaq, ünvanına çatmadan geri qayıtmış sənədlərin aidiyyəti üzrə çatdırılmasını təmin etmək üçün icraçıya vermək, sənəd qovluqlarının düzgün formalaşdırılması, sənədlərin tez tapılmasının təmin edilməsi, işlərin sistemləşdirilməsi, uçotu, onların saxlanma müddətlərinin müəyyən edilməsi, gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə Akademiyanın fəaliyyəti nəticəsində yaranan və kənardan alınan bütün sənədlər daxil edilməklə işlərin ümumi nomenklatur siyahısını tərtib etmək, əmr layihələrini imzalanmaq üçün rektora  təqdim etməzdən əvvəl onun tərtibinin düzgünlüyünü, lazımi vizaların və əlavələrin mövcudluğunu yoxlamaq, imzalanmış əmrləri qeydiyyata almaq, saxlanılmasını və göndərilmə siyahısına əsasən çatdırılmasını təmin etmək, fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun   olaraq baxılmasını təmin etmək, qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək; normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinə dair təkliflər vermək, Akademiyaya  aid sənədlərin əsli ilə düzgünlüyünü təsdiq etmək, vətəndaşlar tərəfindən Akademiyaya (və ya Akademiyanın digər  vəzifəli   şəxslərinə) ünvanlanmış və icrası şöbəyə həvalə edilmiş müraciətlərə baxmaq, araşdırmalar aparmaq və bu sahədə Akademiyanın müvafiq vəzifəli şəxslərinin   iştirakının təmin edilməsi üçün təkliflər vermək; fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

Akademiyada və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi  qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və  beynəlxalq tədbirlərdə Akademiyanı  təmsil etmək, onların işində iştirak etmək;

Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər  hüquqları həyata keçirmək.

 Arxiv sahəsi üzrə

 Arxivə veriləcək işlərin tərtib edilməsini, işlərin siyahıya daxil edilməsini və arxivə verilməsini, arxivdəki sənədlərdən istifadəsini, arxiv arayışlarının verilməsini, arxiv otağına və oradakı sənədlərin mühafizəsini, arxiv sənədlərinin daimi saxlanmaq üçün dövlət arxivinə təhvil verilməsini və elmi-əməli əhəmiyyəti olmayanlarının isə məhv edilməsinə dair tələblərin müəyyənləşdirilməsi  Akademiyanın arxivində həyata keçir.

Şöbə bilavasitə Akademiyanın rektoruna  tabedir  və  şöbə öz fəaliyyətini Akademiya və şöbə tərəfindən hazırlanmış iş planı əsasında həyata keçirir.

Mövcud ştat vahidinə uyğun olaraq şöbədə  19 nəfər işçi çalışır .

 Şöbə Heyəti:

Şöbə müdiri -1 nəfər

Mütəxəssis (sənədlərə nəzarət üzrə) -1 nəfər

Sənədləşmə üzrə mütəxəssis -1 nəfər

Arxivçi -1 nəfər

Komendant  -2 nəfər

Təmirçi çilingər -1 nəfər

Elektrik, avadanlıqların təmiri və xidməti üzrə elektrik montyor  -1 nəfər

İstehsalat sahəsi və xidməti otaqları yığışdıran -10 nəfər

 Şöbə müdiri:  Bəbirov İlyas Qaytaran  oğlu

  E-mail:  ilyas.babirov@asco.az