Ana səhifəKadrlar şöbəsi

Azərbaycan Dövlət Dəniz Akademiyasının

Kadrlar şöbəsi

 

       

Kadrlar şöbəsi Azərbaycan Dövlət Dəniz Akademiyasının bir strukturu olub, rektora tabedir.

      Azərbaycan  Dövlət  Dəniz  Akademiyasının  Kadrlar  şöbəsi   20.09.1996-cı il tarixindən

etibarən fəaliyyətdə olmaqla, 3 fakültə, 6 kafedra, 1DH və SM və 13 şöbə əməkdaşına xidmət göstərir.

Kadrlar şöbəsinə şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri rektor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Şöbənin strukturu və ştat vahidlərinin sayı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən təsdiq edilir.

Kadrlar şöbəsi kadrların düzgün seçilib yerləşdirilməsinə nail olmaq məqsədilə aşağıdakı işləri həyata keçirir:

Əməkdaşlarla əmək müqavilələrinin bağlanması(işə qəbul), əmək müqavilələrinə xitam (işdən azad oıma), başqa işə keçirilmə, məzuniyyətlər, mükafat, yardım, təşəkkür, elmi ad və elmi dərəcələrinin təsdiqi və s. haqqında əmrlərin hazırlanıb rəhbərliyə təqdim edilməsini təmin edir.

      -Tabel uçotu və nizam-intizam qaydalarına nəzarəti həyata keçirir.

      -Şöbə müasir dövrün tələblərinə uyğun olaraq, kompyuterləşdirilmiş sistem əsasında xidmət göstərir.

     - Şöbədə şöbə müdiri, 3 nəfər kadr işləri üzrə mütəxəssis və 1 nəfər tabelçi olmaqla 5 işçi fəaliyyət göstərir.

 

Kadrlar şöbəsinin müdiri:   Təranə Süleymanova

Əlaqə telefonu:  (+994 12) 493-36-44 (104)

E-mail:  tarana.Suleymanova@acsc.az