Ana səhifəElmi-tədqiqat şöbəsi
  •  

ƏSAS FUNKSİYALARI:

 

     Azərbaycan Milli Elmlər Akademiyası, sahə institutları, xarici ölkələrin elmi idarələri, elm-istehsalat birlikləri ilə əlaqələrin genişləndirilməsinə və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”QSC-nin qarşıya qoyduğu elmi problemlərin həllinə nail olur. Akademiyada Dövlət büdcəsindən maliyyələşdirilən fundamental və tətbiqi elmi-tədqiqat işlərini Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Elmi-tədqiqat, təcrübi-konstruktor və dissertasiya işlərini dövlət qeydiyyat mərkəzi üçün hazırlayır, təqdim edir və qeydiyyatını aparır, soraq-informasiya sistemləri yaradır, informasiya işinə dair biblioqrafik və faktoqrafik arayışlar verir, aparılan elmi-tədqiqat işlərinin referativ məlumat bazasını yaradır. Akademiyada aparılan elmi-tədqiqat işlərinin patent qabiliyyətini aşkarlayır, ixtiralar üzrə iddia sənədlərini hazırlayır, ibtidai ekspertizasını təşkil edir və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə təqdim edir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin elmi-metodiki rəhbərliyi altında Akademiyada ölçü vasitələrinin dəqiqliyinə, keyfiyyətli saxlanmasına nəzarət edir, elmi-tədqiqat laboratoriyalarının konkret tələbatına uyğun olaraq, yeni ölçü vasitələrilə təminatını təşkil edir, mənəvi və fiziki cəhətdən köhnəlmiş qurğu və avadanlıqların istifadədən çıxarılması üçün baxış keçirir, rəsmi sənədlər hazırlayır və rəhbərliyə təqdim edir, mövcud ölçü vasitələrinin dövlət nəzarətindən keçirilməsini təşkil edir. Akademiyanın elmi-tədqiqat laboratoriyalarında və kafedralarında aparılan elmi-tədqiqat işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət edir. Yerinə yetirilmiş elmi-tədqiqat işlərini təhlil edir, elmi potensialın statistikasını aparır, illik və üç il ərzində görülmüş elmi işlərin nəticələrinə dair hesabat tərtib edir, AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinə təqdim edir və elektron hesabat hazırlayır. Akademiyada alınmış ən mühüm elmi nəticələri Azərbaycan Milli Elmlər Akademiyasında müzakirə üçün hazırlayır və tətbiq olunmaq üçün təkliflərlə çıxış edir.

 

ELMİ-TƏDQİQAT ŞÖBƏSİNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ:

  1. Elmi-tədqiqat işlərinin təşkili
  2. Elmi məcmuənin nəşri
  3. Patent və lisenziya işlərinin təşkili
  4. Konfransların, semiarların və olimpiadaların təşkili
  5. Doktoranturanın fəaliyyətinin təşkili
  6. Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin koordinasiyası
  7. Gənc alimlər Şurasının fəaliyyətinin koordinasiyası

 

ELMİ-TƏDQİQAT İŞLƏRİNİN TƏŞKİLİ

  • Hesabat ilində kafedraların və elmi-tədqiqat laboratoriyalarının elmi mövzularının və təsərrüfat hesablı elmi-tədqiqat işlərinin illik və 3 illik planının işlənməsinə və plan üzrə icrasına nəzarət;
  • Hesabat ilində fakültə və kafedraların, elmi-tədqiqat laboratoriyaların elmi mövzularının və təsərrüfat hesablı müqavilələr üzrə mövzuların yerinə yetirilməsi haqqında məlumatın toplanması;
  • Professor-müəllim və elmi işçilər, o cümlədən elmlər doktorları və elmlər üzrə fəlsəfə doktorları, həmçinin doktorantlar və dissertantlar, aparılmış elmi-tədqiqat işlərinin həcmi, dissertasiya şuralarında müdafiə olunmuş doktorluq və elmlər üzrə fəlsəfə doktoru dissertasiyalar, çap olunmuş monoqrafiyalar, dərslik və dərs vəsaitləri, metodik vəsait və göstərişlər, məqalə və tezislər, xarici mətbuatda dərc olunmuş əsərlər haqqında statistik məlumatın hazırlanması;
  • Elm sahələri və ixtisaslar üzrə doktorantura və dissertanturaya qəbul və buraxılış, doktorantura xətti ilə elmi və elmi-pedaqoji kadrların hazırlnmasının elm sahələri və ixtisaslar üzrə təhlili;
  • Sənayə əhəmiyyətinə malik olan, elm və təhsil sahələrində tətbiq olunmuş elmi işlər və onların səmərəliliyi haqqında qısa məlumatın hazırlanması;
  • Elmi-texniki əməkdaşlıq sahəsində Akademiyanın əlaqə saxladığı xarici dövlətlərin Ali təhsil ocaqları, elm və istehsal müəssisələri, birgə işlənən elmi problemlər və alınmış nəticələr, təcrübə mübadiləsi sahəsində görülən işlər, beynəlxalq konfranslarda, konqreslərdə, simpoziumlarda iştirak, beynəlxalq proqramlar üzrə material və təkliflərin toplanması;
  • Elmi-tədqiqat, təcrübi-konstruktor və dissertasiya işlərini dövlət qeydiyyat mərkəzinə təqdim olunan formalar üzrə zəruri hesabatların tərtibi;
  • Tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmalarına, tələbələrin inkişaf dinamikasına nəzarət;
  • Elmi-tədqiqat işlərinin plan üzrə icrasının gedişinə və kafedraların əməkdaşlarının plan elmi-tədqiqat işində iştirak dərəcəsinə nəzarət etmək;
  • Konfranslar, olimpiadalar və digər tədbirlərin (respublika, beynəlxalq və ali təhsil müəssisəsi miqyaslı, ali təhsil müəssisəsi daxilind fakültələr arasında) keçirilməsində iştirak etmək.

 

 

PATENT-LİSENZİYA İŞLƏRİNİN TƏŞKİLİ

  • Akademiyada ixtiraçılıq və səmərələşdirmə işlərini təşkil etmək.
  • Akademiyada texnoloji proseslərin, məmulat, maşın, alət və qurğuların yaradılmasına doğru yönəlmiş elmi-tədqiqat işlərinin və işləmələrin patent saflığının, qabiliyyətinin və rəqabətaparma səviyyəsinin təmin edilməsi məqsədilə bütün mərhələlərdə patent tədqiqatının aparılmasına elmi-metodiki rəhbərlik;
  • İxtiraçılıq, patent-lisenziya, tətbiqi elmi-tədqiqat işlərinin və işləmələrin perspektiv və cari planlarını işləmək;
  • Respublikada və xarici ölkələrdə ixtira səviyyəsində olan elmi-tədqiqatların qorunması işlərini təşkil etmək, iddia sənədlərinin ekspertizasını keçirmək, baxılmağa və dövlət qeydiyyatına təqdim etmək;
  • İxtiraların tərtibində və müəlliflik hüququnun qorunmasında ixtiraçılara və tətqiqatçılara kömək göstərmək;
  • İxtiraların və nou-xau-nun istehsalata tətbiqinə dair elmi-metodiki və təşkilatı tədbirlər görmək;
  • İxtiraların, sənaye nümunələrinin, faydalı modellərin və digər elmi-texniki nəticələrin lisenziya satışını təşkil etmək, bu istiqamətdə hüquqi-texniki sənədlər hazırlamaq və ödənclərin vaxtında verilməsinə nəzarət etmək;
  • İxtiraçılara, həmçinin ixtiraçılıq işlərinə yaradıcı köməyi olmuş fiziki şəxslərə qanunla müəyyən edilmiş qaydada ödənclərin verilməsi barədə təqdimatlar hazırlamaq və Akademiyanın rəhbərliyinə təqdim etmək;
  • Elmi-tədqiqatların patent qabiliyyəti məsələlərinə, həmçinin patent-lisenziya işinə dair informasiyalar hazırlamaq və yaymaq, bu istiqamətdə müsabiqələr, baxışlar təşkil etmək və kütləvi tədbirlər (seminarlar, informasiya günləri, mütəxəssis günləri və s.) keçirmək;
  • Vacib tədris, elmi-texniki və istehsalat tələblərinə cavab verən elmi-tədqiqat işlərinin və işləmələrin tədris işində və istehsalatda istifadəsinə dair təkliflər hazırlamaq və reklamlaşdırmaq;
  • Akademiyanın Kompüter Mərkəzi ilə birlikdə elmi-tədqiqat prosesinin bütün mərhələlərini patentlər baxımından elmi-metodiki cəhətdən kompleks əhatə edən dolğun məlumat bazası yaratmaq və onun informasiya təminatını işləyib hazırlamaq.

 

 

DOKTORANTURA VƏ DİSSERTANTURA İŞİNİN TƏŞKİLİ

  • şöbəyə daxil olan və şöbədən xaric edilən sənədlərin qeydiyyatını aparmaq;
  • doktorantların (dissertantların) qəbul planlarını hazırlamaq;
  • doktorant və dissertantlarla bağlı bütün statistik məlumatları hazırlayıb aidiyyətı təşkilatlara göndərmək;
  • qəbul sənədlərini hazırlamaq;
  • doktoranturaya qəbul müsabiqəsində sənədləri və protokolları tərtib etmək;
  • qəbul olunma, xaric olunma, bərpa olunma, akademik məzuniyyət verilmə, bir təhsil ilindən digər təhsil ilinə keçmə, əmrləri hazırlamaq;
  • doktorant və dissertantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiq edilmə, təhkim olunma əmrlərini hazırlamaq;
  • doktorluq imtahanlarının əmrlərini hazırlamaq və keçirilməsini təşkil etmək, doktorluq imtahanlarmm verilməsi haqqmda vəsiqələri hazırlamaq;
  • doktorant və dissertantların attestasiyadan keçmələrinə (bir təhsil ilindən digər təhsil ilinə) kafedralarla əlaqəli şəkildə nəzarət etmək və attestasiya əmrlərini hazırlamaq;
  • kafedralara tapşırıqları vermək;
  • protokollardan, əmrlərdən çıxarışların və arayışlarin yazılmasını təmin etmək;
  • doktorant və dissertantların tədrisi və elmi yaradıcılıq fəaliyyətinə aid olan bütün məsələlərdə iştirak etmək;
  • elmi-praktiki konfransların keçirilməsini təşkil etmək;
  • doktorantların şəxsi işlərini formalaşdırmaq və yazmaq, onlarda müvafıq dəyişiklikləri, о cümlədən təltifləri və intizam tənbehlərini qeyd etmək;

cari saxlanma müddətləri başa çatmış sənədlərin arxivə verilməsini təmin etmək.

 

Nəşr hüququ (qrif) verilməsi qaydası

Tədris vəsaitlərinə qrif verilməsi üçün aşağıdakı sənədlər Təhsil Nazirliyinə təqdim olunmalıdır:

  1. Tədris vəsaitinin əlyazması;
  2. Birbaşa müəllif (müəllif kollektivi) tərəfindən təqdim edilmiş hallar istisna olmaqla əlyazmasının müzakirə olunduğu fənn birləşmə komissiyası, kafedra və fakültə elmi şuralarının qərarları;
  3. Əlyazmasına verilmiş 2 müsbət mütəxəssis rəyi (müəssisə daxili vəkənar);
  4. Əlyazması təhsil müəssisəsi tərəfindən təqdim olunursa, müvafiq müşayiət məktubu, fərdi qaydada təqdim olunursa, müəllifin (müəllif kollektivinin) ərizəsi;
  5. Əlyazmasında başqa əsərlərdən və mənbələrdən qeyri-qanuni istifadə hallarına yol verilməməsi barədə müəllifin (müəllif kollektivinin) notarial qaydada təsdiq olunmu şərizəsi.

          Təhsil müəssisəsindən daxil olan tədris vəsaitinin fənn kurikulumuna (proqramına) uyğunluğu, tədris saatlarına nisbəti, elmi-metodik səviyyəsi və s.məsələlərinin yoxlanılması üçün Nazirliyin aidiyyəti şöbəsi onu EMŞ-nın uyğun bölməsinin ekspertizasına göndərəbilər. Birbaşa müəllif (müəllif kollektivi) tərəfindən təqdim edilmiş və ya bu Qaydaların 2.3-cü  bəndində göstərilən əlyazmaların EMŞ-nın uyğun bölməsində ekspertizası tərəflər arasında bağlanmış müqavilə əsasında aparılır.EMŞ-nın müvafiq bölməsi əlyazmanı müsbət qiymətləndirməzsə, yaxudy enidən işlənilməyə qaytararsa, bu barədə qərarını yazılı şəkildə əsaslandırıb Nazirliyin aidiyyəti şöbəsinə qaytarır. Mənfi rəylə geri qaytarılmış əlyazma müəllif tərəfindən işlənilərək nəşr hüququ (qrif) alınması üçün yenidən təqdim oluna bilər. EMŞ-nın müzakirələrində bölmə üzvləri ilə müəllif arasında fikir müxtəlifliyi yarandıqda əlyazma gizli rəyə göndəriləbilər. Tədris vəsaitinə qrif verildikdən sonra onun müəllif hüquqlarının pozulması yolu ilə hazırlandığını təsdiq edən hallar müəyyən edildiyi təqdirdə, Təhsil Nazirliyi qrifi ləğv edir və həmin qriflə əla qədar əldə edilən üstünlüklərinin ləğvi barədə müvafiq orqanlar qarşısında məsələ qaldırır.

 

 Azərbaycan Respublikası təhsil nazirinin 23.12.2013-cü il tarixli, 927 nömrəli əmri ilə təsdiq edilmişdir. Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydaları

  1. Ümumi müddəalar
  2. 1.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.33-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin edir.
  3. 1.2. “Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydaları” (bundan sonra Qaydalar) təhsil müəssisələri üçün dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlərə (bundan sonra Tədris vəsaitləri) nəşr hüququnun (qrif) verilməsi məsələlərini tənzimləyir.
  4. 1.3. Ümumi təhsil müəssisələri üçün nəzərdə tutulmuş dərsliklərə nəşr hüququ (qrif) verilməsi “Yeni dərsliklərin yaradılması Qaydaları” ilə tənzimlənir.
  5. 1.4. Tədris vəsaitləri dövlət standartları əsasında yaradılır.
  6. 1.5. Fənn kurikulumları (fənn proqramları) Təhsil Nazirliyi tərəfindən təsdiq olunan tədris vəsaitlərinə aid edilir.
  7. 1.6. Məktəbəqədər təhsil müəssisələrinin kurikulumu və ümumi təhsil müəssisələrinin fənn kurikulumları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2010-cu il tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” və 3 iyun 2010-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”, ali və orta ixtisas təhsili müəssisələrinin kurikulumları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” və 76 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsilinin dövlət standartı və proqramı” əsasında hazırlanır.
  8. 2 1.7. İlk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin fənn kurikulumları (fənn proqramları) müvafiq fənn birləşmə komissiyalarında və ya kafedralarda tədris planına əsasən hazırlanır. 1.8. Tədris vəsaitləri fənn kurikulumları (proqramları) əsasında hazırlanır.
  9. 2. Nəşr hüququ (qrif) verilməsi qaydası
  10. 2.1. Tədris vəsaitlərinə qrif verilməsi üçün aşağıdakı sənədlər Təhsil Nazirliyinə təqdim olunmalıdır:
  11. 2.1.1. tədris vəsaitinin əlyazması;
  12. 2.1.2. birbaşa müəllif (müəllif kollektivi) tərəfindən təqdim edilmiş hallar istisna olmaqla əlyazmasının müzakirə olunduğu fənn birləşmə komissiyası, kafedra və fakültə elmi şuralarının qərarları;
  13. 2.1.3. əlyazmasına verilmiş 2 müsbət mütəxəssis rəyi (müəssisədaxili və kənar);
  14. 2.1.4. əlyazması təhsil müəssisəsi tərəfindən təqdim olunursa, müvafiq müşayiət məktubu, fərdi qaydada təqdim olunursa, müəllifin (müəllif kollektivinin) ərizəsi;
  15. 2.1.5. əlyazmasında başqa əsərlərdən və mənbələrdən qeyri-qanuni istifadə hallarına yol verilməməsi barədə müəllifin (müəllif kollektivinin) notarial qaydada təsdiq olunmuş ərizəsi.
  16. 2.2. Nazirliyin aidiyyəti şöbəsi əlyazmanın müzakirəsini təşkil etmək və ona nəşr hüququ (qrif) vermək üçün aşağıdakı işləri həyata keçirir:
  17. 2.2.1. əlyazmaları elm sahələri üzrə qruplaşdırır;
  18. 2.2.2. birbaşa müəllif (müəllif kollektivi) tərəfindən təqdim edilmiş əlyazmanı Elmi-Metodik Şuranın (EMŞ) müvafiq bölməsinin ekspertizasına göndərir;
  19. 2.2.3. əlyazmaya EMŞ-nın bölməsində ən geci 1 ay müddətində baxılaraq Nazirliyə qaytarılmasını təşkil edir (müzakirədə müəllif (müəllif kollektivi) iştirak edə bilər);
  20. 2.2.4. təqdim olunan əlyazmanın nəşr olunmasının mümkünlüyünə dair Azərbaycan Respublikasının təhsil nazirinə rəy təqdim edir;
  21. 2.2.5. tədris vəsaitinə nəşr hüququnun (qrifin) verilməsi məqsədi ilə müvafiq əmr layihəsi hazırlayıb Azərbaycan Respublikasının təhsil nazirinin təsdiqi üçün təqdim edir.
  22. 2.3. Təhsil müəssisəsindən daxil olan tədris vəsaitinin fənn kurikulumuna 3 (proqramına) uyğunluğu, tədris saatlarına nisbəti, elmi-metodik səviyyəsi və s. məsələlərinin yoxlanılması üçün Nazirliyin aidiyyəti şöbəsi onu EMŞ-nın uyğun bölməsinin ekspertizasına göndərə bilər.
  23. 2.4. Birbaşa müəllif (müəllif kollektivi) tərəfindən təqdim edilmiş və ya bu Qaydaların 2.3-cü bəndində göstərilən əlyazmaların EMŞ-nın uyğun bölməsində ekspertizası tərəflər arasında bağlanmış müqavilə əsasında aparılır.
  24. 2.5. EMŞ-nın müvafiq bölməsi əlyazmanı müsbət qiymətləndirməzsə, yaxud yenidən işlənilməyə qaytararsa, bu barədə qərarını yazılı şəkildə əsaslandırıb Nazirliyin aidiyyəti şöbəsinə qaytarır.
  25. 2.6. Mənfi rəylə geri qaytarılmış əlyazma müəllif tərəfindən işlənilərək nəşr hüququ (qrif) alınması üçün yenidən təqdim oluna bilər.
  26. 2.7. EMŞ-nın müzakirələrində bölmə üzvləri ilə müəllif arasında fikir müxtəlifliyi yarandıqda əlyazma gizli rəyə göndərilə bilər.
  27. 2.8. Tədris vəsaitinə qrif verildikdən sonra onun müəllif hüquqlarının pozulması yolu ilə hazırlandığını təsdiq edən hallar müəyyən edildiyi təqdirdə, Təhsil Nazirliyi qrifi ləğv edir və həmin qriflə əlaqədar əldə edilən üstünlüklərinin ləğvi barədə müvafiq orqanlar qarşısında məsələ qaldırır.

 

Tel: (99412) 4933644  (113)

E-mail: science-asma@rambler.ru