Ana səhifəİcraya nəzarət və kargüzarlıq şöbəsi

                      

            İcraya  nəzarət və kargüzarlıq şöbəsi

 

        İcraya nəzarət şöbəsi  Azərbaycan Respublikası Prezidentinin “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlığın aparılmasına dair təlimat” və AXDQ-nin aparatında və tabeliyində olan müəssisə və təşkilatlarda kargüzarlığın aparılması haqqında əmrinə əsasən fəaliyyət göstərir. ”

Akademiyanın öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətini  İcraya nəzarət və kargüzarlıq şöbəsi  həyata keçirir. 

Şöbənin funksiyası elektron sənəd dövriyyəsini, icraya nəzarəti, arxiv işlərinin təşkili və  təkmilləşdirilməsini  təmin etməkdir.

Şöbənin funksiyalarına həmçinin daxildir:

       Akademiyada kargüzarlığın, sənəd dövriyyəsinin aparılmasında mövcud qaydaların tələblərinə riayət edilməsinə təşkilati, əməli-metodiki rəhbərliyi və cari nəzarəti həyata keçirmək; Kargüzarlıq, sənəd dövriyyəsi, arxiv işi sahələrində təşkilati-sərəncamverici  sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

Akademiyaya daxil olan sənədləri qəbul etmək, qeydiyyata almaq, qeydiyyat -  nəzarət vərəqələrinin hazırlanmasını, sənədlərin surətlərinin çoxaldılmasını və aidiyyəti üzrə çatdırılmasını təmin etmək;

Akademiyaya daxil olan sənədlərin müvafiq icraçı strukturlar tərəfindən təhvil    alınmasını təmin etmək, icranın gedişatı və nəticəsi barədə qeydiyyat-nəzarət  vərəqəsində müvafiq qeydlərin aparılmasına nəzarət etmək, xaric olan sənədləri aidiyyəti üzrə göndərmək;

Akademiyada sənədlərin tez və vaxtında dövriyyəsini, sənədlərlə işin təşkilini,    səlahiyyətləri çərçivəsində sənədlərin vaxtında icrasına cari nəzarəti və müəyyən olunmuş qaydada arxivə təhvil verilməsini təşkil etmək;

İcra olunmuş sənədləri Akademiyanın  müvafiq şöbə, kafedra və dekanlıqlardan   qəbul etmək, icradan çıxarılmasını, aidiyyəti üzrə göndərilməsini, xaric olan sənədlərin təsnifləşdirilməsini və hesabatların aparılmasını təmin etmək;

Sənədlər üzrə axtarış sistemlərinin qurulmasını və Akademiyada kargüzarlıq üçün məsul olan şəxslərin bu sistemlərdən istifadə etmələrini təşkil etmək, rektor tərəfindən təcili, xüsusi əhəmiyyətli sənədlər, o cümlədən vətəndaşların təklif, ərizə və şikayətlərinə dair verilmiş tapşırıqların vaxtında icra olunmasına   nəzarət etmək;

Akademiyadan  xaric olan sənədlərin tələb olunan formada, qaydada tərtib edilməsini, göstərilən ünvanların və digər məlumatların düzgünlüyünü, vizaların tam və düzgün toplanmasını yoxlamaq, müvafiq səhvlər aşkar edildikdə səbəbləri  göstərilməklə sənədi Akademiyanın  müvafiq şöbələrinə  geri qaytarmaq, ünvanına çatmadan geri qayıtmış sənədlərin aidiyyəti üzrə çatdırılmasını təmin etmək üçün icraçıya vermək, sənəd qovluqlarının düzgün formalaşdırılması, sənədlərin tez tapılmasının təmin edilməsi, işlərin sistemləşdirilməsi, uçotu, onların saxlanma müddətlərinin müəyyən edilməsi, gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə Akademiyanın fəaliyyəti nəticəsində yaranan və kənardan alınan bütün sənədlər daxil edilməklə işlərin ümumi nomenklatur siyahısını tərtib etmək, əmr layihələrini imzalanmaq üçün rektora  təqdim etməzdən əvvəl onun tərtibinin düzgünlüyünü, lazımi vizaların və əlavələrin mövcudluğunu yoxlamaq, imzalanmış əmrləri qeydiyyata almaq, saxlanılmasını və göndərilmə siyahısına əsasən çatdırılmasını təmin etmək, fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun   olaraq baxılmasını təmin etmək, qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək; normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinə dair təkliflər vermək, Akademiyaya  aid sənədlərin əsli ilə düzgünlüyünü təsdiq etmək, vətəndaşlar tərəfindən Akademiyaya (və ya Akademiyanın digər  vəzifəli   şəxslərinə) ünvanlanmış və icrası şöbəyə həvalə edilmiş müraciətlərə baxmaq, araşdırmalar aparmaq və bu sahədə Akademiyanın müvafiq vəzifəli şəxslərinin   iştirakının təmin edilməsi üçün təkliflər vermək; fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

Akademiyada və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi  qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və  beynəlxalq tədbirlərdə Akademiyanı  təmsil etmək, onların işində iştirak etmək;

Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər  hüquqları həyata keçirmək.

 Arxiv

 Arxivə veriləcək işlərin tərtib edilməsini, işlərin siyahıya daxil edilməsini və arxivə verilməsini, arxivdəki sənədlərdən istifadəsini, arxiv arayışlarının verilməsini, arxiv otağına və oradakı sənədlərin mühafizəsini, arxiv sənədlərinin daimi saxlanmaq üçün dövlət arxivinə təhvil verilməsini və elmi-əməli əhəmiyyəti olmayanlarının isə məhv edilməsinə dair tələblərin müəyyənləşdirilməsi  Akademiyanın arxivində həyata keçir. Hal-hazırda arxivdə sənədlər 1945-ci ildən saxlanılır.  

 

Arxivçi və kargüzar ştatlar:

- Şöbə müdiri və sənədləşmə üzrə 2 mütəxəssis

 

Şöbə müdiri:   Məlahət Nurkişiyeva

Tel:   (+994) 50 300 44 77

E-mail: milanur4477@gmail.com