Ana səhifəTərbiyə işləri üzrə prorektor

Quliyev Əlimərdan Məmmədrza oğlu Azərbaycan Dövlət Dəniz Akademiyasının tərbiyə işləri üzrə prorektorudur.1964-cü ildə iyun ayının 16-da anadan olmuşdur.

Ə.M.Quliyev  1982-ci il-də Qara Dəniz Donanmasında  matros və 1983-cü ildə Baltik Donanmasında gəmidə starşina vəzifələrində fəaliyyət göstərmişdir.

1984-cü illərdə   S.M.Kirov adına  Qırmızı Bayraqlı Xəzər Hərbi Dənizçilik Məktəbinin  “Gəmi şturmanı”  ixtisası üzrə təhsil  alıb. 1993 - 1995 ci illərdə Türkiyə Respublikasının Hərbi Dəniz Akademiyasının “komandanlıq”  peşəsi üzrə təhsilini  davam etdirib.

 1993- 2007 ci illərdə  Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində “Gəmi komandiri köməkçisi” vəzifəsindən ,  "Divizion komandiri"  və HDQ-nin “baş şturman” vəzifəsinə təyin olunmuşdur.

1998-ci ildə Türkiyə Respublikasının Gölcük Təlim mərkəzinin Gəminin idarəetmə kursu ,  2007-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinin təkmilləşdirmə, Silahlı Qüvvələr Akademiyasının "Strateji tədqiqatlar və dövlət idarəetmə" akademik kursunu bitirmişdir. 

2007-ci ildə  Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin “Gəmiçilik kafedrasının rəisi” və  2014-cü ildən həmin məktəbin "Məktəb rəisi" vəzifəsinə təyin olunmuşdur.

2016-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyası tərəfindən “dosent” elmi adı verilmışdir.