Ana səhifəElmi katib
 

Almaz Yaqub qızı İmanova 6 mart 1982-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub.

2003-cü ildə Bakı Dövlət Universitetinin bakalavr pilləsini “Tətbiqi fizika” ixtisası üzrə, 2005-ci ildə isə magistratura pilləsini “Bioloji sistemlər fizikası” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə 2005-ci ildə AMEA Fizika İnstitutunun “Yüksək gərginliklərin fizikası və texnikası” laboratoriyasında kiçik elmi içşi kimi başlamış, 2014-cü ilə qədər orada elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır.

 2006-2009-cu illərdə AMEA-nın Fizika İnstitutunun aspirantı olmuş, 2011-ci ildə “Müxtəlif yarımkeçiricilərlə dispersləşdirilmiş polyar və qeyri-polyar polimer əsaslı kompozit qeyri-xətti müqavimətlərin elektrofiziki xassələri” mövzusunda dissertasiya işini “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə müdafiə etmişdir.

 Fizika İnstitutunda çalışdığı illərdə “Gənc alimlərin 2011-ci ildəki elmi fəaliyyəti” müsabiqəsinin qalibi, müxtəlif qrant layihələrinin iştirakçısı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2012-ci ildə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2016-cı ildə isə dosent elmi adı almışdır.

2014-cü ildən Azərbaycan Dövlət Dəniz Akademiyasında laboratoriya müdiri kimi əmək fəaliyyətinə başlamış, bir müddət sonra Akademiyanın elmi katibi vəzifəsinə təyin olunmuşdur. Hazırda Akademiyanın elmi katibi vəzifəsində çalışmaqla yanaşı, “Mexanika və riyaziyyat” kafedrasının dosentidir.

1 ixtira, 34 elmi iş, 1 fənn proqramı, 1 dərs vəsaitinin müəllifidir.