- XƏBƏRLƏR -
8509 Arxiv
ADDA BDUA-ya üzv oldu
2016.05.24 14:00

Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Universitetləri Assosiasiyasına (BDUA) üzv olmağa hazırlaşır. Bu məqsədlə  BDUA-ya müvafiq qaydada müraciət edilib.

Beynəlxalq Dəniz Universitetləri Assosiasiyasının rəsmi nümayəndəsi - İstanbul Texniki Universitetinin Dənizçilik fakültəsinin dekanı, professor Oğuz Salim Söğut mayın 23-dən 25-dək Bakıda səfərdə olub, Dəniz Akademiyasında audit aparıb. Qonaq Cənubi Qafqaz - Orta Asiya regionunda ali təhsilli dənizçi kadrlar hazırlayan bu yeganə təhsil ocağının maddi-texniki bazası - trenajorlar, simulyatorlar, ixtisaslaşmış laboratoriya və auditoriyalarla yaxından tanış olub, Akademiyanın "General Əsədov" tədris gəmisində və ADDA-nın nəzdində olan Təlim-Tədris Mərkəzində mütəxəssislərin hazırlanması prosesi ilə maraqlanıb.

 

    

ADDA-nın rektoru Çingiz Əliyev professor Oğuz Salim Söğutla görüşdə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, beynəlxalq tələblər səviyyəsində qurulmuş tədris prosesi, innovativ fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələr və inkişaf perspektivləri barədə ətraflı məlumat verib.

 

 

Professor  O.S.Söğut Akademiyanın fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyətilə də görüşüb, bu səfəri zamanı topladığı təəssüratları yüksək qiymətləndirib.