- XƏBƏRLƏR -
10862 Arxiv
AZƏRBAYCANDA DƏNİZÇİLƏRİN HAZIRLANMASI VƏ SERTİFİKATLAŞDIRILMA PROSESİ HAQQINDA BEYNƏLXALQ DƏNİZ TƏŞKİLATININ DƏNİZ TƏHLÜKƏSİZLİYİ KOMİTƏSİNİN QƏRARI
2016.05.07 13:00

 

 

 

 

 

 

 

AZƏRBAYCANDA DƏNİZÇİLƏRİN HAZIRLANMASI VƏ SERTİFİKATLAŞDIRILMA PROSESİNİN BEYNƏLXALQ DƏNİZ TƏŞKİLATININ MÜSTƏQİL EKSPERTLƏRİ TƏRƏFİNDƏN AUDİT YOXLANIŞININ NƏTİCƏSİ MÜSBƏT QİYMƏTLƏNDİRİLMİŞDİR . BU UĞURLU NƏAİLİYYƏT BARƏDƏ BEYNƏLXALQ DƏNİZ TƏŞKİLATININ DƏNİZ TƏHLÜKƏSİZLİYİ KOMİTƏSİNİN CARİ İLİN 11-20 MAY TARİXLƏRİNDƏ LONDON ŞƏHƏRİNDƏ KEÇİRİLMİŞ 96-CI SESSİYASINDA MÜVAFİQ QƏRAR QƏBUL EDİLMİŞDİR.

 

Azərbaycan Dövlət Dəniz Akademiyasının məlumatı

 

Həyata keçirilən tədbirlər nəticəsində Respublikamızda fəaliyyət göstərən Azərbaycan Dövlət Dəniz Akademiyası və təlim-tədris mərkəzləri ilə birlikdə tədris proqramlarının və dənizçilərin sertifikatlaşdırılması prosesinin Beynəlxalq Dəniz Təşkilatının “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”sına uyğunlaşdırılması tam başa çatdırılmışdır.

Xüsusilə qeyd olunmalıdır ki, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın qüvvəyə mindiyi gündən etibarən hər bir üzv dövlət ən azı beş ildə bir dəfə adıçəkilən Konvensiyanın tələblərinin tətbiqi üzrə müstəqil qiymətləndirmədən keçməlidir.

           Bununla əlaqədar olaraq respublikamızda dənizçilərin hazırlanması, onların bilik, bacarıq və səriştəliliyinin qiymətləndirilməsi, eləcə də sertifikatlaşdırılması sisteminin tətbiqi üzrə Azərbaycan Dövlət Dəniz Akademiyasının fəaliyyəti HDNÇ-78 Beynəlxalq Konvensiyasına uyğun olaraq təqdim etdiyi sənədlər  Beynəlxalq Dəniz Təşkilatının 5 beynəlxalq eksperti tərəfindən yoxlanılmışdır.

Keçirilmiş yoxlamanın nəticəsi, eləcə də Beynəlxalq Dəniz Təşkilatına təqdim edilmiş sənədlər ətraflı şəkildə təhlil edildikdən sonra ölkəmizdə dənizçilərin hazırlanması sahəsində həyata keçirilən fəaliyyətin qeyd edilən Konvensiyanın tələblərinə uyğun olması barədə Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin cari ilin 11-20 may tarixlərində London şəhərində keçirilmiş 96-cı sessiyasında qərar qəbul edilmişdir  və beləliklə Akademiyamız BDT-nın hər beş ildən bir nəşr edilən “Ağ siyahı”sında  öz yerini saxlamışdır.

Beynəlxalq Dəniz Təşkilatı tərəfindən qəbul olunmuş bu qərar sevindirici və qürurverici hal olmaqla yanaşı Azərbaycan Dövlət Dəniz Akademiyası tərəfindən həyata keçirilən səmərəli və effektiv fəaliyyətin göstəricisi olaraq Azərbaycan Respublikasının Beynəlxalq Dəniz Təşkilatının “Ağ siyahı”sında yer alması və Respublikamızda dənizçilərə verilən diplom və sertifikatların bütün dəniz dövlətləri tərəfindən tanınması üçün normativ hüquqi bazadır.