- XƏBƏRLƏR -
9329 Arxiv
Almaniya metrologiya institutunun ekspertəri ADDA-da
2016.09.08 11:00

08.09.2016-cı il tarixində Almaniya metrologiya institutunun (PTB-Physikalisch-Technische Bundesanstalt) ekspertəri prof. Manfred Koziyek  və  İrene Flyuda ilə Azərbaycan Dövlət  Dəniz  Akademiyasının rəhbərliyinin  görüşü keçirilmişdir. Bu görüşdə Akademiyada  metroloji fənlərin tədrisi haqqında müzakirələr aparılmışdır.

Tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Aparatının Metrologiya şöbəsinin müdir müavini Y.N.Həsənov Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən birgə layihələrin xüsusi əhəmiyyətini vurğulamışdır. Bundan öncəki Tvinninq layihələri haqqında məlumat verən Y.N.Həsənov bildirib ki, ölkə iqtisadiyyatının inkişafında başlıca sahələr olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya sahələrini tənzimləyən qanunvericilik aktları Avropa təcrübəsinə uyğunlaşdırılıb, ölkə rəhbərliyi tərəfindən institusional islahatlar aparılıb, Azərbaycanda ilk dəfə olaraq Milli Etalon Bazası formalaşıb.

     Onun sözlərinə görə,  hazırda icrası davam edən sayca III Tvinninq layihəsinin əsas məqsədi metrologiya sisteminin daha da təkmilləşdirilməsidir.Qısa müddət ərzində qurulmuş infrastruktur və qanunvericilik bazası Azərbaycanın metrologiya sahəsində mövcud olan əsas beynəlxalq təşkilatlara üzvlüyünü təmin edib. Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatına (KOOMET) və MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasında (EASC) təmsil olunan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2015-ci ildən Çəkilər və Ölçülər üzrə Baş Konfrans (CGPM) və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata (OIML) üzv olmuşdur. Azərbaycanda ölçmələrin vəhdətini və dövlət etalonlarından ötürülməsini təmin etmək məqsədilə milli etalon bazasının təkmilləşdirilməsi üzrə işlər davam etdirilir. Komitənin Milli Etalon Mərkəzində kütlə, təzyiq, sıxlıq və özlülük, temperatur, elektrik, vaxt və tezlik, dozimetriya dövlət etalonları saxlanılır və adıçəkilən sahələr üzrə ölçmələr digər ölçmə vasitələrinə ötürülür. Hazırda qaz qarışıqlarının hazırlanması, qaz analizi, nəmlik, müqavimət, elektrik tutumu, həcm, yüksək gərginlik, optika, akustika və titrəmə, dalğa uzunluğu və s. etalon laboratoriyalarının yaradılması planlaşdırılıb. Tvinninq layihəsinin keyfiyyət infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, metrologiya sisteminin təşkilati idarəetmə və planlaşdırılmasının Avropa İttifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq inkişaf etdirilməsi və metrologiya sistemi üçün təklif edilən hüquqi və tənzimləyici çərçivənin Avropa İttifaqı və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın tələbləri ilə uyğunlaşdırılması kimi bir sıra komponentləri var.Hal-hazıri komponentdə əsas məqsəd Azərbaycan təhsilində, texnika sahəsində  istər tədrisdə, istərsə də elmi tədqiqat işlərində metrologiyanın səviyyəsini yüksəltmək,təlim kurslarını təşkil etmək və beynəlxalq səviyyəni öyrənmək üçün tədbirlər planını həyata keçirməkdir.

     Məlumat üçün bildirək ki, Aİ və SMPDK-nın birgə icra etdikləriı Tvinninq layihəsi Çex Respublikasının Çex Metrologiya İnstitutu (ÇMİ) və Almaniyanın Fiziki-Texniki İnstitutunun (PTB) yaratdığı konsorsiumu ilə əməkdaşlıq çərçivəsində icra olunur. 2 il müddətinə icra olunacaq layihənin əsas məqsədi metrologiya sahəsində standartlara, normalara və proseslərə dair Aİ və beynəlxalq təcrübəyə uyğun olaraq, metrologiya sisteminin inkişafı vasitəsi ilə  Azərbaycanın dünya bazarına çıxışını dəstəkləməkdir.