- XƏBƏRLƏR -
8101 Arxiv
Növbəti təlimlər
2016.09.01 13:00

        Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Amerika Gəmiçilik Bürosu (ABS) ilə əməkdaşlığı getdikcə davamlı xarakter alır. Bu əməkdaşlıq çərçivəsində növbəti beynəlxalq treninqlərə start verilib.

 

    ABS Akademiyasının aparıcı mütəxəssislərindən olan kapitan Titos Giannakakisin “Böhran vəziyyətinin idarəedilməsi və media ilə əlaqə”, “Dəyişikliklərin idarəolunması” və “İSO 9001:2015 və İSO 14001:2015 üzrə tanışlıq” mövzularında keçirdiyi təlimlərdə  gəmiçiliyin mütəxəssisləri və rəhbər işçiləri iştirak etmişdir.

 

Təlimlərin keçirilməsində məqsəd baş verə biləcək fövqəladə hallar zamanı cavab tədbirlərinin təkmilləşdirilməsi, media və ictimaiyyətlə əlaqə, habelə düzgün qərarların verilməsi vərdişlərinin aşılanması, Beynəlxalq Dəniz Təşkilatının və Konvensiyaların tələblərinə uyğun ehtiyat tədbirlərin  planlaşdırılmasıdır. Bununla yanaşı, təlim iştirakçıları dəyişikliklərin idarəolunmasının əsasları və prinsipləri ilə, eləcə də Keyfiyyətin Menecmenti üzrə İSO 9001, ətraf mühitin qorunması və çirklənməsinin qarşısının alınmasına dair İSO 14001 standartlarında 2015-ci ildə tətbiq olunmuş yeniliklərlə yaxından tanış olmuşlar.

 

Akademiyanın iki əməkdaşı (İnformasiya-resurs mərkəzinin müdiri Rzayeva S.R. və Təlim Tədris Mərkəzinin təlimatçısı İ.Z.Kərimov) qeyd olunan təlimlərdə iştirak etmişlər.