- XƏBƏRLƏR -
8427 Arxiv
Dəniz Akademiyasında Milli Qurtuluş günü qeyd edildi
2017.06.14 10:00

2017-ci il 14 iyun tarixində Dəniz Akademiyasının  İnformasiya-resurs mərkəzində Milli qurtuluş günü bayram edildi. Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru Ç.Əliyev ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafın dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadığından danışdı. Bildirdi ki, ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir.

Sonra İnformasiya-resurs mərkəzinin müdiri Sevinc Rzayeva Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun tarixinin sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu, xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olduğunu vurğuladı. 

Tədbir Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş bir çox Akademiya əməkdaşları və tələbələrinə partiya biletlərinin təqdim edilməsi ilə də əlamətdar oldu.

YAP  Səbail rayon “Xəzər Dənizçiləri” ərazi ilk təşkilatının sədri İzafət Məmmədov çıxış edərək öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyasının yaranmasının xalqın qurtuluşunun ilk rüşeymi olduğunu qeyd etdi. YAP sıralarına qəbul olmaq istəyənlərin sayının ilbəil artığını xüsusilə vurğulayan İ.Məmmədov  məhz belə bir gündə YAP sıralarına qoşulmağı sevindirici bir hal kimi diqqətə çatdırdı və bu tarixi gün münasibətilə bütün ADDA əməkdaşlarını təbrik etdi.