Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil almaq istəyən abituriyentlərin nəzərinə! 28.07.2017

Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ilində ali təhsil müəssisələrinin I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarında iştirak edən və tələb olunan şərtləri ödəyən abituriyentlər Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühhəndisliyi”, “Dəniz naviqasiyası mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtasları üzrə müsabiqədə iştirak etmək üçün 31 iyul - 03 avqust 2017-ci il tarixlərində Bakı şəh., Yasamal r-nu, Kazım Kazımzadə, ev 120 A (Gömrük hospitalının yanı) ünvanında yerləşən “AXDG”QSC-nin 1 saylı poliklinikasında xüsusi tibbi və psixoloji müayinədən keçməlidirlər. 

Müayinədən uğurla keçən abituriyentlər avqustun 6-dan etibarən ixtisas seçimində iştirak edərək həmin ixtisasları elektron ərizələrində qeyd edə bilərlər. 

Qeyd edək ki, ixtisas seçimi avqustun 10-dək davam edəcək.