- XƏBƏRLƏR -
7614 Arxiv
Görkəmli alimKərim Kərimovun xatirəsi Akademiyada yad edilib
2017.10.27 17:24

27 oktyabr 2017-ci il tarixində  Görkəmli alim və hərbi xadim, Kosmik Uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant Kərim Abbasəli oğlu Kərimovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) ilə birlikdə Azərbaycan Dövlət Dəniz Akademiyasında yubiley tədbiri təşkil olunub.

Tədbirdə MAKA Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutunun Optik elektron qurğuları şöbəsinin rəisi Canəli Yunusov və həmin şöbənin sektor rəisi Rəhim Çodarov Kərim Kərimovun həyat və yaradıcılığına dair məruzələrlə çıxış ediblər.

Görüşün sonunda tədbir iştirakçılarına Kərim Kərimovun «О себе, о ракетах и космосе» adlı kitabı nümayiş olunub.

Tədbirdə ADDA-nın rəhbərliyi ilə yanaşı Akademiyanın professor–müəllim heyəti və tələbələr iştirak edib.