- XƏBƏRLƏR -
8209 Arxiv
ADDA-da Elektron sənəd dövriyyəsi sistemi tətbiq ediləcək
2017.11.06 10:25

Kargüzarlığın yeni idarəetmə üsulları əsasında  modernləşdirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin  müvafiq əmrinə əsasən, Cəmiyyətdə elektron sənəd dövriyyəsi (ESD) sisteminin tətbiqi ilə əlaqədar hazırlıq işləri aparılaraq proqram təminatının satınalınması üçün müvafiq müqavilə bağlanılıb. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsini rəhbər tutaraq, ESD-nin tətbiqi mərhələsində və sonrakı dövrlərdə tələb olunan məlumatların təmin olunması, təlimlərin təşkili, ESD sistemi üzrə inzibatçılıq işlərinin həvalə olunması, sənədləşmənin vahid qayda və prosedurlar əsasında aparılması, istismar dövründə yaranan problemlərin operativ aradan qaldırılması və digər zəruri tədbirlərin görülməsi məqsədilə Cəmiyyətin idarəetmə aparatında və tabeliyində olan qurumlarda ESD-nin tətbiqi ilə əlaqədar istifadəçilərə praktiki və metodoloji köməkliyin göstərilməsi  və ortaya çıxan problemlərin operativ həll edilməsi üçün dəstək qrupu yaradılıb.  Dəstək qrupuna istifadəçilər üçün təlimlərin təşkili  tapşırılıb. Akademiya üzrə dəstək qrupuna məsul şəxs İcraya nəzarət və kargüzarlıq şöbəsinin müdiri M.Nurkişiyeva   təyin edilib. 

Şirkətdaxili elektron sənəd dövriyyəsi sisteminin tətbiqi ilə əlaqədar “AXDG” QSC-nin struktur idarələrinin əməkdaşlarına təlimlər keçirilir və tətbiqə başlanılıb.

03.11.2017-ci  il tarixindən Akademiyada  sözügedən təlimlərin keçirilməsi nəzərədə tutulub. Qeyd etmək lazımdır ki, təlimlərdə iştirak edən ADDA əməkdaşları kateqoriya üzrə (rəhbər işçilər-rektor və prorektor, şöbə və xidmət rəisləri və onların müavinləri, kargüzarlar, icraçılar) bölünüb.