- XƏBƏRLƏR -
7736 Arxiv
ADDA komandası “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışında iştirak etdi
2017.11.11 12:12

Cari ilin 11 noyabr tarixində Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışı keçirilib. Bu yarışın keçirilməsində  əsas məqsəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin dərindən öyrənilməsi və təbliğidir.

Yarışda yalnız Azərbaycan Respublikasının hər ali təhsil müəssisəsindən hər birində 6 əsas və 2 ehtiyat iştirakçi olmaqla bir komanda iştirakçı qismində çixiş edib.

Yarış 3 turdan ibarət olmuş, 3 turun yekununa əsasən qaliblər müəyyən edilərək Heydər Əliyev Mərkəzi tərəfindən mükafatlandırılıb.

Hər il ənənəvi olaraq iştirakçi qismində çıxış edən Azərbaycan Dövlət Dəniz Akademiyasını təmsil edən komandamız ötən illə müqayisədə daha yüksək nəticə göstərərək 44 ali təhsil müəssisələri arasında 14-cü yerə layiq görülüb.