- XƏBƏRLƏR -
7371 Arxiv
ADDA-da Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib
2017.12.11 16:00

11 dekabr 2017-ci il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub.   Akademiyanın professor-müəllim heyəti, tələbələrinin iştirak etdiyi anım mərasimini açan ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru Z.Z.Şərifov türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyevin xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğundakı misilsiz xidmətlərindən bəhs edib. Dahi liderin elm, təhsilin inkişafına göstərdiyi əvəzolunmaz rolundan danışan prorektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Ulu Öndərin misilsiz həyat fəaliyyətini əks etdirən  video-filmin nümayişindən sonra Azərkitab - Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Sabir Həsənov çıxış edərək Heydər Əliyev irsinin gənc nəslə çatdırılmasında Mərkəzin rolundan söz açıb.

Daha sonra akademiya tələbələri “Heydər Əliyev və gənclər siyasəti”, “Azərbaycan və Heydər Əliyev” mövzularında çıxışlar edərək müasir Azərbaycan gəncinin böyük liderin gənclər siyasətinə sadiqliyini bir daha nümayiş etdiriblər.

Tədbir Leyla Əliyevanın Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “Elegiya”nın nümayişi ilə yekunlaşıb.