- XƏBƏRLƏR -
1671 Arxiv
Hacı Babayev - 70
2018.01.05 13:24

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğuları” kafedrasının dosenti Hacı Babayevin 70 illik yubileyi qeyd olunub.

Hacı Mirzə oğlu Babayev 7 yanvar 1948-ci ildə Bakıda anadan olub. Əmək fəaliyyətinə 1966-cı ildə “Xəzərdənizneftdonanma” idarəsində motorçu şagirdi kimi başlayıb. Həmin idarədə böyük mexanik vəzifəsinə kimi yüksəlib.  İstehsalatdan ayrılmadan Odessa Ali Mühəndislər Dənizçilik Məktəbini bitirib.

1978-ci ildə Bakı Dəniz Yolları Məktəbinin “Volodya Dubinin” tədris gəmisində kapitanın I köməkçisi vəzifəsində işləyib.

1980-1989-cu illərdə Xəzər Dəniz Gəmiçiliyinin partiya komitəsində təlimatçı vəzifəsində çalışıb.

1989-cu ildə Bakı Dəniz Yolları Məktəbində pedaqoji fəaliyyətə başlayıb, əvvəlcə siyasi, sonra isə təlim-tərbiyə işləri üzrə rəis müavini vəzifələrində işləyib.

1996-cı ildə Azərbaycan  Dövlət Dəniz Akademiyasının yaranması ilə əlaqədar Akademiyanın orta ixtisas təhsili şöbəsi rəisinin müavini təyin olunub.

1997-ci ildən “Gəmi energetik qurğuları” kafedrasında assistent, 2003-cü ildən baş müəllim, 2016-cı ildən isə dosent vəzifəsində çalışır.

24 dekabr 2014-cü il tarixində doktorluq dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsini alıb. Hacı Babayev 21 elmi məqalənin müəllifidir.

Pedaqoji fəaliyyəti ilə yanaşı 30 ildir Səbail rayonunun ictimai-siyasi həyatında fəal iştirak edir.

Hacı Babayevi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı və uğurlar arzulayırıq.